"Müəyyən yaşlarda baxırsan ki, oğlan uşağıdır, çox gözəldir, lakin dəqiqləşdirməyənə qədər eləbilirsən qızdır. Valideyn onu oğlan geyimində geyindirmir. Bu da uşağın psixologiyasına təsir edir"
"Pedofiliya fərqli yaş qruplarında özünü göstərə bilir”.
Bunu Sherg.az-a son vaxtlar azyaşlıların zorlanması hallarının artmasının, xüsusilə kiçik yaşlı oğlanlara meyl edilməsinin səbəblərini izah edərkən psixoloq Aytən Ələkbərova deyib.
O bildirib ki, bəzən məktəblərdə yuxarı sinif şagirdlərinin də 4-5 yaşlı oğlan uşaqlarına meyllənməsi baş verir:
"Əslində zorlama hadisələri məktəb dövründə də, sonra da geniş yayılıb. Lakin bu yaxınlarda pasiyentlərimdən birində bu hadisə ilə qarşılaşdım. Azyaşlıya qarşı zorlama hadisəsi olmuşdu, diqqət çəkən məqam odur ki, həmin hadisəni törədən şəxsin özünə qarşı da uşaq vaxtı belə hadisə olub. Bunun baş verməsi hadisənin üzə çıxmasından sonra dindirilmələrdə üzə çıxıb. Bu hadisəni törədən şəxslə söhbət etdiyimdə dedim ki, sən vaxtında özün bu zərbəni almısan, belə halda niyə bu hadisəni törətmisən? Düşünmürsənmi ki, o da həmin halı təkrarlaya bilər? Pasiyentim "bilmirəm” deyə cavab verdi. Həmin şəxsin içində olan aqressiya affekt vəziyyətində üzə çıxıb. O, öz qohumundan bunun heyfini çıxmaq, qisas almaq istəyib.
Lakin ümumi bu hadisələrdə, oğlan uşaqlarına meylin yaranmasında valideynlərin də öhdəliyi çoxdur. Onlar uşaqlarını bir qız psixikasında böyütdükdə, bu hal daha çox baş verir. Müəyyən yaşlarda baxırsan ki, oğlan uşağıdır, çox gözəldir, lakin dəqiqləşdirməyənə qədər eləbilirsən ki, qızdır. Çünki valideyn onu oğlan geyimində geyindirmir, oğlan saç düzümü etmir. Bu da uşağın psixologiyasına təsir edir.Qarşı tərəfdə yaranan meyl isə bir xəstəlikdir. Qadın hormonları bir bəydə çox inkişaf edirsə, bu, artıq xəstəliyə gətirib, çıxarır. Bunun aktiv və passiv formaları var. Aktiv formada olduqda görürük ki, belə hadisələrlə tez-tez rastlaşırıq.
80-90-cı illərdə pedofiliya çox az idi və oxusaq, 1-2 hadisə ancaq olardı. Müəyyən bir ərazidə bu baş verdikdə isə yayılırdı ki, belə xəstə var və övladlarınızı qoruyun. Amma indi biz valideynlər özümüz də bilmədən, övladlarımızı düzgün yetişdirməyərək, belə problemlərlə qarşılaşmalı oluruq”.
Aysel Aslan