Putin geri çəkilməyə məcburdur
22:36 06.06.2014
Arxiv
624
Rusiya dünyanın qəbul etdiyi informasiya savaşında uduzub
Ötən günlərdə Rusiya prezidenti Vladimir Putin Normandiyaya desant çıxarılmasının 70 illiyi ilə bağlı mərasimlərə qatılmaq üçün Fransaya səfər edib. Səfər zamanı Moskva lideri Soçi rezidensiyasında fransalı jurnalistləri qəbul edib. Putinin jurnalistlərlə söhbəti kifayət qədər gərgin keçib.
Jurnalistlər Ukrayna, SSRİ-nin bərpa planları, Rusiyanın Qərblə yeni "soyuq müharibə”yə girməsi, insan haqları və s. mövzularda Kreml rəhbərinə çoxsaylı suallar veriblər. Müsahibə zamanı Putinin əsəbləri bir neçə dəfə tarıma çəkilib. Jurnalistlərə kəskin cavab verib.
Amerika-Rusiya münasibətlərinə diqqət çəkən jurnalistin "iki supergüc arasındakı qarşıdurmanın müharibə fazasına keçməsi uzaqda deyil” fikri Rusiya rəhbərini bərk hiddətləndirib. Kreml rəhbəri cavabında məsələlərin şişirildiyini deyib: "Müharibə uzaqda deyil anlayışını haradan çıxardırsınız? Niyə insanları qorxudursunuz?”.
"Ukrayna müharibə ocağına çevrilib” sualını isə Putin belə izah edib: "Bu, dövlətlər arasında müharibə deyil. Orada mərkəzi hakimiyyətin öz xalqına qarşı qisas əməliyyatı gedir. Düşünürəm ki, cənab Poroşenkonun unikal şansı var. Onun əlləri qana batmayıb. Bu əməliyyatı dayandıra, öz vətəndaşları ilə birbaşa dialoqa başlaya bilər”.
Obama ilə münasibətlərə gəlincə, Moskva lideri dialoqa hazır olduğunu deyib: "Dialoq körpüləri qurmaq üçün ən yaxşı yoldur. İndiyədək biz onunla ünsiyyətdə olmuşuq, telefonda danışmışıq”. ABŞ-la münasibətlər barədə suallara Putinin ehtiyatlı yanaşması beynəlxalq ekspertləri təəccübləndirib. Siyasilər hesab edirlər ki, rəsmi Vaşinqton haqda məsələlərə həmişə aqressiv reaksiya verən Kreml rəhbərinin loyal davranışı ciddi mətləblərdən xəbər verir. Onlar iddia edirlər ki, Putin dalana dirəndiyini anlayaraq geriyə çəkilmək istəyir.
Putinin bəyanatlarını şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, Moskvaya qarşı Amerikanın siyasi-iqtisadi yöndə təzyiqlər nəticəsini verib. Onun sözlərinə görə, Kremlin yeni prezidentlə görüşə razılıq verməsi Putinin geri çəkilmək istəyinin isbatıdır: "Şimal qonşumuzun sərt davranışı onlara müsbət heç nə vəd etmədi. Rusiya dünyada təklənmiş vəziyyətdə qaldı. Dünyaya qarşı savaş açacaq gücdə də deyillər. Savaşı aparmaq üçün iqtisadi qüdrəti yoxdu. Anlayır ki, mövqelərində dəyişiklik etməsələr, onların sıxışdırılması prosesi davam edəcək. Obama da belə bir bəyanatla çıxış edib ki, Krım Ukraynaya qaytarılmayana qədər sanksiyalar davam edəcək. Ona görə də Rusiya dalandan çıxmaq üçün yollar axtarır. Ukrayna hadisələri gündəmə gələndə Rusiya çox aqressiv danışırdı. Son zamanlar güzəşt xarakterli açıqlamalar verir. Moskva hiss edir ki, geriyə addım zamanıdır”.
Ekspert bildirib ki, Amerikanın sanksiyaları nəticəsində Putinin çevrəsi çox ciddi maliyyə böhranı ilə üzləşdi: "Hazırda Rusiyada dövlət rəhbərinə qarşı siyasi çevrilişin hazırlanması məsələsi gündəmdədi. Bu baxımdan Putinin sərt davranışları uzun müddət davam edə bilməzdi”.
N.Miri onu da əlavə edib ki, Ukraynada baş tutan inqilabın baiskarı Rusiyameyilli siyasət yürüdən Yanukoviç hakimiyyəti oldu: "Ukraynada korrupsioner sistemi yaradan Qərb dünyası deyildi. İnsanlar çox acınacaqlı vəziyyətdə yaşayırdılar. Ölkə Avropa məkanı üçün seks mənbəyinə çevrilmişdi. Aclıqdan cana doyan millət əxlaqsızlığa əl atırdı. Ukrayna qadınları Avropa ölkələrinə gedirdilər. Bunlar hamısı iqtisadi vəziyyətin çətinliyi ilə əlaqədar idi. Əhalini meydanlara çıxaran Qərb dünyası deyildi. Özləri rüşvətxor sistemə qarşı çıxırdılar”.
Siyasi təhlilçinin qənaətincə, hazırda Rusiya informasiya savaşında uduzub: "Moskvanın informasiya aparatına heç kim etimad göstərmir. Yalan danışdığını bilirlər. Rusiya rəhbərliyinin dediklərinə heç bir dövlət başçısı əhəmiyyət vermir. Bir daha qeyd edirəm ki, Putin "daşı ətəyindən tökmək” vacibliyini anlayıb”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ Hizbullahla qısa söhbət etməlidir
01:21 16.06.2026
Dünya
Ərdoğan Quterreşlə regionu müzakirə etdi
00:57 16.06.2026
Dünya
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi