Putinin növbəti prezidentliyi Azərbaycana nə vəd edir ? - TƏHLİL
15:19 09.12.2017
Arxiv
747
Vladimir Putin gələn il prezidentliyə yenidən namizəd olacağını açıqladı. Bu beynəlxalq aləm və Azərbaycan üçün nə deməkdir?
Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Putin ölkəsində yüksək reytinqə malikdir. O elə birinci turda qələbə qazanacağına ümid edir. Putinin rəqibləri zəifdir və indiki durumda Rusiyada prezident seçkisində ciddi rəqabətin olacağını gözləmək mümkün deyil.
Sherg.az xəbər verir ki, bu təhlillər "Atlas” Araşdırmalar Mərkəzi çıxış edib.
Qeyd olunur ki, Putin baş nazir olduğu dövrdə, yəni 2008-ci ildə Gürcüstan torpaqlarını, prezident olduğu illərdə, yəni 2014-cü ildə isə Ukrayna torpaqlarını işğal etdi. Bu iki hadisədən sonra Qərb ölkələrinin Rusiya hakimiyyəti ilə münasibətləri xeyli gərginləşdi. Putinin dünyada dostları azdır, onunla müttəfiq olan dövlət başçıları belə Kreml sahibinin siyasətindən ehtiyat edirlər. İndinin özündə Vaşinqton Moskva ilə münasibətlərinin normallaşması üçün bu şərti irəli sürür: "Krım Ukraynaya geri qaytarılmalıdır”.
Aydındır ki, nə qədər ki, Vladimir Putin prezident olacaq Rusiya Krımı Ukraynaya geri qaytarmayacaq. Ümumiyyətlə Rusiyada bundan sonra da prezidentliyin kimliyindən asılı olmayaraq Krımın Ukraynaya geri qaytarılması problematikdir. Deməli, belə vəziyyətdə ABŞ-Rusiya münasibətləri normallaşmayacaq, Qərbin Rusiyaya qarşı saknsiyaları ortadan qaldırılmayacaq. Əlaqələr və görüşlər olacaq, ancaq Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı əməkdaşlıq mümkün olmayacaq. Yalnız Avropanın bir neçə ölkəsi Krımın işğalına rəğmən, Putinlə əməkdaşlığa maraq göstərəcəklər. Ancaq həmin ölkələrin liderləri də Brüsselin xəbərdarlıqları ilə hesablaşmaq məcburiyyətindədirlər.
Putinin növbəti dəfə namizədliyini prezidentliy irəli sürməsi Azərbaycanda da ciddi müzakirə olunur.
Birincisi, rəsmi Bakı Kremllə münasibətlərə xüsusi önəm verir və bu münasibətləri maksimum normal səviyyədə saxlamağa çalışır.
İkincisi, Rusiya Azərbaycan kənd təssürraftı məhsulları üçün əsas bazardır.
Üçüncüsü, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və qazandıqları gəlirin bir hissəsini Azərbaycan yaşayan ailələrinə göndərirlər.
Dördüncüsü, Rusiyanın işğalçı Ermənistana böyük təsir imkanları var və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas vasitəçidir.
Ona görə də Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin dəyişib-dəyişməyəcəyi Azərbaycan üçün vacibdir. Putin prezident olduğu dövrdə iki ölkə arasındakı münasibətlər stabil qalacaq, nə böyük inkişaf, nə də ciddi problemlər olacaq. Putin növbəti illərdə də Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır. Putin Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarına malikdir. O, bu siyasəti bundan sonra da davam etdirəcək.
Putinin Azərbaycanda səfir təyinatına reaksiyası da maraqlıdır. Vladimir Putin 9 ildən sonra Azərbaycandakı səfir Vladimir Doroxini Georgi Zuyevlə dəyişmək qərarına gəldi. Rəsmi Bakı bu qərardan narazı qaldı. Çünki deyilənlərə görə Georgi Zuyev Rusiyanın separatçı Abxaziyada maraqlarını təmsil edib və separatizmə dəstək verən açıqlamalar səsləndirib. Bakı belə bir səfirin Azərbaycanda işləməsinin əleyhinə çıxdı. Kuluar söhbətlərində hətta rəsmi Bakının Zuyevə aqreman verilmədiyi də açıqlandı. Bundan sonra Rusiya XİN-dən açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Bu hələ yekun qərar deyil. Ancaq hər halda Kremlin Zuyevin namizədliyində israr etməməsi Putinin Bakı ilə münasibətlərdə problem yaşamaq istəmədiyindən irəli gəlir. Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrov separatizmi dəstəkləyən birisini Azərbaycana səfir təyin etməməli idi. Onun səhvini Putin düzətlməyə çalışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya
Tramp: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
16:14 21.09.2026
Dünya
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
16:11 21.09.2026
Dünya
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
15:49 21.09.2026
Elm və Təhsil
BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək
15:17 21.09.2026
Dünya
Qırğızıstanda qoyun bir milyon dollara satıldı
15:16 21.09.2026
Dünya
“Parlamentimiz fil qulağında yatıb” - Azər Həsrət
15:10 21.09.2026
Aktual
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb
15:04 21.09.2026
Hadisə
Bakıda iki bağça fəaliyyətə başladı
14:32 21.09.2026
Elm və Təhsil
İmran Xanın bacıları saxlanıldı
13:57 21.09.2026
Dünya
Putin Paşinyanı iki cümlə ilə təbrik etdi
13:19 21.09.2026
Dünya
Türkiyənin cənubunda 5 maqnitudalı zəlzələ baş verib
12:38 21.09.2026
Hadisə
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
12:34 21.09.2026
Gündəm