Qadın güləşçilərimiz 1/4 FİNALA yüksəldi




Azərbaycanı Rio-2016 olimpiyadasında qadınlar üzrə güləşdə təmsil edən Mariya Stadnik və Yuliya Ratkeviç 1/4 final mərhələsinə yüksəlib.
Lent.az-ın məlumatına görə, 48 kq sərbəst güləşçilərin mübarizəsində Mariya Stadnik ilk görüşündə argentinalı güləşçini 41 saniyədə məğlub edib:10-0. O, 1/4 final mərhələsində Polşa idmançısı Nina Matkovska ilə üz-üzə gələcək.
58 kq çəkidə Azərbaycanı təmsil edən Yuliya Ratkeviç 1/8 final qarşılaşmasında ukraynalı Oksana Herhellə qarşılaşıb. Görüş 7-5 həmyerlimiz xeyrinə nəticələnib. O, 1/4 final görüşündə Jaklin Penteria ilə qüvvəsini sınayacaq