Qadın ona təcavüz edən keçmiş sevgilisini öldürdü

O, polisə zəng vuraraq “Birini öldürdüm. Gəlin, məni aparın” deyib
İlk evlililiyi 22 il əvvəl olan Həvva Büyükdoğurcanın 2 il evli qaldıqdan sonra həyat yoldaşı keçirdiyi xəstəlik nəticəsində həyatını itirib.
1 uşağı ilə dul qalan Büyükdoğurcan ailəsinin yanına köçüb. O, sonradan İsmil məhəlləsindən tanıdığı, evli olan Məmməd Ok ilə sevgili olub. Büyükdoğurcan, bir neçə il Ok ilə birlikdə olduqdan sonra ayrılıb. İddiaya görə, münasibətlərini davam etdirmək istəyən Ok "münasibətimizi ailənə deyərəm” deyərək Büyükdoğurcanı təhdid edib və onlar görüşməyə davam ediblər. Ok Həvva ilə zaman-zaman zorla cinsi əlaqədə olub. Həvva Büyükdoğurcan 2005-ci ildə ikinci dəfə ailə həyatı qurub. Lakin Ok 2 uşağı olan qadından yenə də əl çəkməyib.
O bu dəfə də Həvva Büyükdoğurcanı keçmişdəki əlaqələrini ərinə deyəcəyi ilə təhdid edib və vaxtaşırı onunla cinsi əlaqəyə girib. İddiaya görə, ən son 10 gün əvvəl Büyükdoğurcanın evinə gələn Ok zorla Büyükdoğurcanı İsmil qəsəbəsindəki evə aparıb. Onu döyərək, əlaqəyə girib. Onlar bir gecə İsmilde qalıb, səhərisi geri qayıdıblar.
Dünən isə Ok Büyükdoğurcana telefonla zəng edib "Evə gəlib, sənə yatağında qəsd edəcəm” deyib. Büyükdoğurcan da Okun gəlməsinə qarşı çıxaraq, "Gəlmə, oruc tuturam” deyərək özünü xilas etməyə çalışıb. Ancaq Ok onun etirazına rəğmən fikrindən daşınmayıb və Büyükdoğurcanın evinə gəlib. Həvva Büyükdoğurcan da İsmildə olarkən qanunsuz olaraq əldə etdiyi tapançasını əlinə alaraq qapını açıb və "Mən sənə gəlmə demədimmi? Kifayətdir artıq səndən çəkdiyim” deyib. Tapançanı görən Ok pilləkənlərdən düşüb qaçmağa çalışdığı zaman Büyükdoğurcan arxasından atəş açıb. Boynundan və bədəninin müxtəlif yerlərindən 6 güllə yarası alan Ok hadisə yerindəcə ölüb. Büyükdoğurcan polisə zəng vuraraq "Birini öldürdüm. Gəlin, məni aparın” deyib.
Hadisə yerinə göndərilən briqada tərəfindən nəzarətə alınan Büyükdoğurcan ifadəsi alındıqdan sonra ədliyyəyə sövq edilib.