“Qara siyahı”lar istədiyimiz nəticəni vermir
07:54 23.02.2018
Arxiv
1018
“Qarabağa ermənilərin əli ilə təşkil edilən səfərlərin qarşısını almaq müharibənin özü qədər çətin əməliyyatdır”
Belçikada fəaliyyət göstərən "Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyan barəsində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilib. Karampetyan "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, Karampetyan mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan sərhədini Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlib. Bununla paralel qondarma rejimin təbliğ edilməsi ilə məşğul olub. Bundan sonra dövlətin müvafiq qurumları tərəfindən cinayət işi açılıb və Karampetyan "interpola” verilib. Bildirilib ki, Azərbaycan tərəfi öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi məqsədilə bu kimi qanuna zidd fəaliyyətə cəlb edilmiş şəxslərə qarşı zəruri və qəti addımlarını bundan sonra da atacaq. Məlumat üçün deyək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səyahət edən şəxslərin adı Xarici İşlər Nazirliyi tərəfindən "qara siyahıya” salınır və onlar arzuolunmaz şəxs hesab olunurlar. Lakin əksəriyyət bunun o qədər də təsirli addım olmadığını hesab edir. O səbəbdən ekspertlərə görə, cinayət işinin açılması sərhədlərimizi qanunsuz şəkildə pozmağa cəhd edən digər şəxslərə dərs ola bilər. Həmçinin, çəkindirici mahiyyət daşıyar. Lapşin praktikasında bunun bir daha şahidi olduq.
Mövzunu "Şərq”ə dəyərləndirən millət vəkili Zahid Oruc bildirib ki, işğal reallığında həyata keçirilən bütün tədbirlər arzuedilən səviyyədə olmaya bilər. Deputatın sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağın üzərində himayəçilik fəaliyyətini bütün sahələrdə həyata keçirir:
"Xarici əlaqələr qurmaqla, saxta mədəniyyət nümayəndəliyi və turizm ofisi açmaqla özlərini "diplomatik təmsilçilik” adlandırırlar. Sonra isə həmin ölkələrin qanunvericilik aktlarından istifadə edərək qondarma qurumların tanıdılması üçün əllərindən gələni edirlər. Açıq desək, ermənilər bizdən 100 il əvvəl işləməyə başlayıblar. Dağlıq Qarabağa ermənilərin əli ilə təşkil edilən səfərlərin qarşısını almaq müharibənin özü qədər çətin əməliyyatdır. Bu, bir növ hibrid savaş sayıla bilər. Göründüyü kimi, yalnızca "qara siyahı”lar bizə istədiyimiz nəticəni vermir. Bəs nə etməli? Əlbəttə, Lapşin hadisəsi çox uğurlu bir rol oynadı. Biz deyirik ki, Azərbaycanın icazəsi olmadan Qarabağa getmək ölkəmizin suveren hüquqlarına ziddir. Çünki onlar bizim başımızın üzərindən hərəkət edirlər. Ermənilərin istəyi isə qondarma rejimin "müstəqil dövlət” olduğunu göstərməkdir. Halbuki ermənilərin milli pasportları yoxdur, onlar əməllərini Ermənistanın rəsmi sənədləri ilə reallaşdırırlar”.
Deputat vurğulayıb ki, Azərbaycan bundan sonra xarici ölkələrlə müqavilələr imzalayarkən mütləq bu məqamı nəzərə almalıdır:
"Rəsmi Bakı şərt irəli sürməlidir ki, həmin xarici ölkənin vətəndaşları Dağlıq Qarabağa səfər etməsinlər. Əgər etsələr, bu, hüquqi məsuliyyət yaradacaq. Fikrimcə, bizimlə neft-qaz və digər sahələrdə müqavilə imzalamağa can atan, sıx əməkdaşlıq etmək istəyən dövlətlər bunu nəzərə alacaqlar. Axı necə olur ki, Krım üçün enerji kampaniyaları qadağan edilir, bank sektoru sanksiyalar altına düşür, bütün parametrlər üzrə məhdudiyyətlər tətbiq edilir, ancaq Qarabağ üçün eyni yasaq rejimi işləmir. Artıq bu standartlar hamımızı iyrəndirir, camaatın heysiyyatına toxunur. Heç şübhəsiz ki, burada mühüm maraqlar, mənfəət uğrunda savaş var.
Müəyyən qüvvələr bu kimi addımlarla Azərbaycanı idarə altına almaq istəyirlər. Hamıya məlumdur ki, Qarabağda çoxlarının axtardığı zəngin ehtiyatlar yoxdur, bəs hansı məqsədlə ora ardıcıl səfər edirlər? Yeganə səbəbi Azərbaycana təzyiq göstərməkdir. Qarabağa gediş sadəcə Azərbaycanın icazəsi ilə mümkündür. Biz viza veririk, amma kimsə ora gedə bilmirsə, bu, artıq acı reallığın təzahürüdür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm