“Qarabağ klanı” geri çəkilməyib
07:20 10.08.2018
Arxiv
863
“Sarkisyanın İtaliyadan qayıdaraq birbaşa Azərbaycanın işğal olunmuş ərazisinə səfər etməsi, revanşa hazırlaşmaq cəhdidir”
Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İtaliyaya gedib. 10 gün Avropa ölkəsində qalan eks-prezident səfərindən geri döndükdən sonra dərhal Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yollanıb. Sarkisyanın 3 gündür Xankəndində olduğu deyilir. Sabiq rəhbərin anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunur.
Onun İtaliyada qalmasını şərh edənlər qızlarından birinin Ermənistanın Vatikandakı səfirinin həyat yoldaşı olması faktına diqqət çəkiblər. İddialara görə, Sarkisyan Ermənistanda baş verən proseslərdən dolayı yenidən fəallaşmaq və sükanı ələ almaq qərarına gəlib. Onun Avropada bir sıra görüşlər keçirdiyi bildirilir.
Sarkisyanın aktivliyi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə hesab edir ki, "Qarabağ klanı”nın üzvü Serj Sarkisyanın İtaliyadan qayıdaraq birbaşa Azərbaycanın işğal olunmuş ərazisinə səfər etməsi Qarabağ ermənilərini ətrafında birləşdirməklə, revanşa hazırlaşmaq cəhdidir. Analitik bildirib ki, hazırda Ermənistanda Qarabağ klanına qarşı siyasi repressiya davam edir:
"Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi göstərdi ki, ondan zəif olan Serj Sarkisyan da həbs təhlükəsi ilə üz-üzədir. Çünki hər ikisi 1 mart 2008-ci il qırğınlarına görə məsuliyyət daşıyır. Əgər Ermənistanın yeni hakimiyyəti Koçaryan-Sarkisyan siyasi cütlüyünü aradan götürə bilməsə, Paşinyan təhlükə qarşısında qalacaq. Sarkisyan Qarabağa gəlməklə burada siyasi mövqelərini möhkəmləndirməyə çalışır. Xankəndində qondarma "parlament üzvlərindən” dəstək almaq, mümkün ssenaridə rejim başçısı Bako Saakyanla birgə siyasi ittifaq qurmaq niyyəti güdür.
Digər tərəfdən isə Qarabağa sığınmaqla Paşinyanın siyasi təqibindən yayınmağa, həbsə düşməməyə səy göstərir”.
Analitikə görə, Xankəndində qondarma parlament üzvlərinin Robert Koçaryanın həbsdən azad edilməsi üçün Ermənistan hakimiyyətinə müraciət etməsi göstərir ki, bu klan Nikol Paşinyana qarşı yeni siyasi plan hazırlığındadır:
"Sarkisyan Qarabağdakı erməniləri ətrafında birləşdirsə də, Paşinyana qarşı revanş götürə bilməyəcək. Hesab edirəm ki, Sarkisyan Moskvanın təlimatı ilə hərəkət edir və onun Qarabağa gəlişi planın parçasıdır. Hazırda Ermənistanda İrəvan və Qarabağ erməniləri arasında düşmənçilik və uçurum inkişaf edir. Bu da ölkədə siyasi vəziyyəti qeyri-stabilləşdirir. Paşinyan Sarkisyanı həbs etməsə, özü üçün təhlükəni saxlamış olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial