Qarabağ qazisi NARAZIDIR: "Erməninin hiyləsinə aldanırlar"

"Bütün bu əlaqələr ermənilərin “nə qədər böyük, gözəl millət” olduğu görüntüsünü yaratmağa hesablanıb"
"Əmin edirəm ki, qadının Bakıya gəlməsini, Zəhranın qəbrini ziyarət etməsini dünya ictimaiyyətində ermənilərin mövqeyinə uyğun təqdim edəcəklər”

"Tutaq ki, erməni Bakıya gəlib, bəyanat verəcək. "Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunub, azərbaycanlılar soyqırımına, Azərbaycan ciddi təcavüzə məruz qalıb" kimi fikirləri səsləndirəcəksə, nə dəyişəcək ki ?”

Bu sözləri Sherg.az-a "xalq diplomatiyası” fonunda Oksana Altunyan adlı erməni qadının Bakıya qonaq gətirilməsinə münasibət bildirərkən "Vətən Müharibəsi Əlilləri” birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyib.

O xatırladıb ki, əvvəl dəvət edilən erməniyə Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikirlərini soruşduqda, o, öncə "Ermənistan hakimiyyəti dəyişilsin, sonra bu məsələyə baxarıq” şəklində cavab verib:

"Dəvət olunan erməninin iki yaşlı Zəhranın qəbri üstünə getməsi haqqında məlumat da yayıldı. Lakin bütün bu gəliş-gedişləri təşkil edən sülh platformasının nəzərinə çatdırmaq lazımdır ki, erməninin hiyləsinə aldanırlar. Bütün bu əlaqələr ermənilərin "nə qədər böyük, gözəl millət” olduğu görüntüsünü yaratmağa hesablanıb. Ermənilərin içərisində düşmən olsa da, Azərbaycana gəlib gedən, can yandıran ermənilər olduğu haqqında rəy yaratmaq istəyirlər. Fakt göstərdi ki, Ermənistandakı son parlament seçkilərində sülh tərəfdarı olan Petrosyan və onun ətrafındakı partiyalara erməni xalqının 97 faizi yox dedi.İndi isə yalandan bir erməni ilə yeyib-içib, cibinə pul qoyub, Bakıya gətirməklə
Azərbaycan xalqını təhqir etmək nəyə lazımdır?

Erməni müdafiə naziri Zəhranı qətlə yetirəndən sonra bəyanat verdi ki, düşmən düşməndir, qadını da, uşağı da. Biz hamısını öldürəcəyik. Ermənistanın o nazirləri, əsgərləri, silah tutanları da həmin ermənilərin ailələri, qardaşları, ataları deyilmi?

Bakıya gələn erməninin evində böyüyən də ermənidir. Onlar hər biri postda oturanda canavara çevrilib, Azərbaycanı parçalamağa hazırdır. Əgər səmimidirsə, həmin erməni Moskvadan bəyanat versin ki, Azərbaycanın torpaqları qeyd-şərtsiz azad olunmalıdır. Belə açıqlama verə bilməyəcək. Hamısı boş addımlardır.

"Xalq diplomatiyası” adı ilə ermənilərə xidmət edirlər. Ermənini Azərbaycana gətirən şəxslər onu dəstəkləyib, o təbliğatı bizim xeyrimizə çevirə bilməyiblər. Əmin edirəm ki, qadının Bakıya gəlməsini, Zəhranın qəbrini ziyarət etməsini dünya ictimaiyyətində ermənilərin mövqeyinə uyğun təqdim edəcəklər”.

Qeyd edək ki, "Azərbaycanla Ermənistan arasında sülh naminə platforma”nın fəalları Oksana Altunyan adlı erməni qadını Bakıya qonaq gətirib. Alxanlı kəndində iki yaşlı Zəhra Quliyevanın faciəsindən sonra erməninin Bakıya qonaq qismində gətirilməsi ictimaiyyət üzvləri tərəfindən qınanılıb.

Aysel Aslan