" “Qarabağ”ın ev oyunları idman turizminin inkişafına müsbət təsir edəcək"
09:16 05.09.2017
Arxiv
653
Eldar Aslanov: " “Qarabağ”ın qələbəsi həm Azərbaycan həqiqətlərinin, həm də ölkəmizin turizm potensialının təbliği üçün əhəmiyyətli rol oynayır”
""Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının Bakıda keçirilməsi böyük turistik imkandır”.
Bunu "Sherg.az”a Azərbaycan Turizm və Menecment Universitetinin Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov deyib. O bildirib ki, "Qarabağ”ın ev oyunları idman turizminin inkişafına müsbət təsir edəcək:
"Dünyadan nümunə olaraq, Barselona kimi digər şəhərlərə axın edən turistlərin əsas motivasiyası məşhur idman klublarının arenalarına baş çəkməkdir. Oyunlar olmasa belə turist kimi o arenada şəkil çəkdirmək, klubun suvenirlərini almaq mühüm bir turist təmayülüdür. Ona görə, "Qarabağ” FK-nın Çempionlar Liqasında ev oyunlarını paytaxtda keçirməsi Avropanın məşhur klublarının çoxsaylı azarkeşlərinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Bu isə xarici turistlərin Azərbaycanın gözəllikləri ilə tanış olmasına səbəb olacaq.
"Qarabağ”ın ev oyunları Avropa ölkələrinin telekanalları vasitəsilə yayımlanacaq. Beləliklə, Avropa ölkələrinin sakinləri Bakı və Azərbaycanla televiziya vasitəsilə bir daha tanış olacaq. Futbol klublarının ulduz oyunçuları mətbuata və televiziyalara ölkəmiz haqqında təəssüratlarını bölüşəcək. Bu sayədə digər xarici ölkələrin turistlərində də Azərbaycana maraq yaranacaq.
Bütün bunları nəzərə aldıqda "Qarabağ”ın qələbəsi həm Azərbaycan həqiqətlərinin, həm də ölkəmizin turizm potensialının təbliği üçün əhəmiyyətli rol oynayır”.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın "Roma”, oktyabrın 18-də İspaniyanın "Atletiko”, noyabrın 22-də isə İngiltərənin "Çelsi” komandalarına qarşı keçirəcək. Oyunların Bakı Olimpiya Stadionunda keçirilməsi qərara alınıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm