Qaradağda bina yandı





Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, ümumi sahəsi 1800 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsində 2 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.