Qardaş bacısının qanını tökdü - SƏBƏB




Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.
"Ölkə.Az”ın xəbərinə görə, Şaiq Cahangirov xuliqanlıq zəminində bacısı Xatirəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisədən sonra 3 saylı şəhər xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.
Hadisənin hansı səbəbdən baş verməsinə gəldikdə isə, saxlanılan Ş.Cahangirov istintaqa ilkin ifadəsini belə verib:
"Xatirə həyat yoldaşından boşandıqdan sonra bizimlə bir evdə qalıb. Bu müddət ərzində bacım özünü şübhəli aparırdı, bu isə gözümdən yayınmırdı. Cinayəti törədən gün isə, Xatirənin tanımadığı oğlanla telefon danışığını tutdum və məlum cinayəti törətdim”.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.