Qarınından çıxana inana bilmədilər

Jasmin Percivalın 2 ildən çox sürən qarın ağrılarınin səbəbi rentgen nəticəsində ortaya çıxdı. Jasminin qarınından 1 kilo 360 qram ağırlığında saç çıxdı. Jasmin Percival uşaqlığından bəri televiziya izlərkən saçlarını barmaqlarına dolayıb yeyirmiş. Mirror.co.uk internet saytının xəbərinə görə, Jasmin 14 yaşına çatanda dözülməz qarın ağrıları başlayıb.
Həkimlərin irritabl bağırsaq sindromu diaqnozu qoyduğu gənc qızın ağrıları heç cür keçmək bilmədi. Ağrıları o qədər şiddətli idi ki, gecələr qışqırırdı. Doğru diaqnoz qoyula bilməyən Jasmin, 2 ildən çox sürən sancılarını bu sözlərlə izah etdi:
"Yemək yemək istəyirdim, amma nə yesəm mədəmə enib geri gəlirdi. Mədəm düyünlənirdi. Getdikcə zəifləyirdim. Skelet kimi görünməyə başlamışdım. Həkimlər bir çox dərman verdi, ancaq heç biri işə yaramadı. "Tekrar həkimə gedib rentgen çəkdirdiklərində ana və qızı şok oldular. Jasminin qarınındakı sancıların  səbəbi 1 kilo 360 qram ağırlığında böyük saç kütləsi  idi. Nəysə,  qarınındakı saç topu keysəriyə üsulu ilə alındı. Vərdişini əməliyyatdan sonra buraxan 23 yaşlı Jasmin, keçmiş günlərinə dönməkdən qorxduğu üçün saçlarını davamlı yığır.