Qartal təyyarəyə çırpılıb





Alyaskada ilk dəfə ağbaşlı qartalın təyyarəyə çırpılması nəticəsində ölüm hadisəsi qeydə alınıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, faciə Ankoric şəhəri yaxınlığında baş verib. Qartalın təkmatorlu "Cessna 172” tipli təyyarəyə çırpılması nəticəsində təyyarə meşəyə düşərək yanıb. Məlumata görə, təyyarədə 4 nəfər olub. Faciənin səbəbi ekspertizadan sonra məlum olub. Həlak olanlar 20 və 64 yaşındakı iki pilot , 27 və 36 yaşındakı iki sərnişin olub.
Ağbaşlı qartal 1782-ci ildən ABŞ-ın simvollarından biri sayılır. Qartalın şəkli ölkə gerbində həkk olunub. Bu qartallar əsasən balıqla qidalanırlar.