
Qatillərin pozası gündəm oldu
13:56 12.07.2017
Arxiv
646

Rusiyanın ən güclü müxalif lideri Boris Nemtsovu iki il əvvəl öldürən qatillər, bu gün yenidən məhkəməyə çıxdı.
Sui-qəsddən məhkum olan çeçen əslli qatillər Temirlan Eskerhanov, Şadid Gubaşev, Anzor Gubaşev, Zaur Dadayev və Hamzat Bahayev obyektivlərə gülərək poza verdi.
Hərbi məhkəmədə hakimin qərarını dinləyən beş adın qan donduran şəkillərini, beynəlxalq agentliyi Reuters yaydı. Türk mediası xəbər verir ki, daha əvvəlki prosesdə prokurorluq Nemtsovu öldürmək üçün şübhəlilərin 240 min dollar pul aldığını ifadə etmişdi.
Nemtsovun ailəsi isə, cinayət əmrini kimin verdiyinin heç bir zaman tapılmamasından qorxduğunu açıqlamışdı.
Rusiya lideri Vladimir Putinə ən sərt tənqidləri dilə gətirən Nemtsov, paytaxt Moskvadakı Kremlin Sarayının qarşısında yerləşən körpüdə vurulmuşdu. Ağ bir avtomobillə restorandan çıxan siyasətçiyə yaxınlaşan təcavüzkarlar, dörd dəfə atəş açaraq Nemtsovu öldürmüşdü.
Nemtsov, öldürülmədən iki həftə əvvəl Sobesednik internet saytına verdiyi bildirişdə "Putin məni vura bilər. Onun Ukrayna müharibəsini başladanlardan biri olduğuna inanıram. Onu heç bəyənmirəm" demişdi. Sui-qəsdi qınayan Putin isə, cinayəti sifarişlli qatillərin təxribatı olaraq bildirmişdi.
İslahatçı fikirləriylə tanınan rus siyasətçi, Ukraynadakı müharibəyə qarşı idi.
Müxalif siyasətçi, 1990-cı illərdə Rusiya Dövlət başçısı Boris Yeltsinin hökumətində baş nazir köməkçisi olaraq vəzifə yerinə yetirmişdi.
31 dekabr 2010-cu il tarixində hökumət əleyhinə etiraza qatılan Nemtsov, nəzarətə alınaraq 15 gün həbsdə saxlanmışdı.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil