Qayınana 35 yaşlı kürəkəninə sevişmək təklif etdi və... - BAKIDA ŞOK HADİSƏ
09:09 11.05.2018
Arxiv
750
Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə dustaq etiraz olaraq üzünü arxaya çevirməklə ayaq üstə dayanıb.
O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar edilib və məhkəmədən işinə ədalətli baxılmasını istəyib.
Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.
İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb.
Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.
Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum edilmiş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəkətlər etməyi təklifi edib. Onun ifadəsinə görə, qayınanası həmin zaman onunla sevişməyi təklif edib: "Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim olmayıb”.
Növbəti proses mayın 17-də davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou