Qazaxda kişi su kanalında boğulub öldü




Qazax rayonunda kişi su kanalına düşərək boğulub ölüb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində baş verib.

Ailə üzvləri ilə birlikdə əkin işləri zamanı 1971-ci il təvəllüdlü Bağırov Nadir Tarıyel oğlu ehtiyatsızlıqdan ayaqı sürüşərək rayon ərazisindən keçən Şəmkir su kanalına yıxılıb.

Nəticədə N. Bağırov boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.