Qazaxın kəndinə son 50 ilin ən güclü dolusu düşüb - FOTO - Yenilənib

"Qazax rayon Daş Salahlı kəndinə güclü dolu düşüb".
 Bu barədə Sherg.az-a kənd sakinləri məlumat verib. Xəbərə görə, intensiv yağan iri həcimli dolu dənələri bütün ağacları və məhsullarını tamamilə məhv edib. Evləri su basıb və avtomobillərə ciddi ziyan dəyib. Az qala dolu bütün avtomaşınların aynasını sındırıb.   
Bundan başqa əkin sahələrindəki tərəvəzləri və arpa-buğda sahələrini tamamən yararsız hala salıb. Fermerlərə ciddi ziyan vurub. Bəzi evlərin damını  sıradan çıxarıb. Ahıl kənd sakinin bildirdiyinə görə, bu, onun son 50 il ərzində gördüyü ən güclü dolu yağışı olub. 
Ayyət Əhməd