Qədərinizi doğum tarixiniz təyin edir

Mart və apreldə doğulanların ürək-damar xəstəlikləri olur




May ayında doğulanları hansı xəstəliklər gözləyir, mart və aprel ayında doğulanlar hansı problemlər üzündən risk altındadır? 1,7 milyon adamın sağlamlıq məlumatları ilə doğum tarixlərinin müqayisəsi aparılan araşdırma bu suallara cavab verir.

Doğum tarixi ilə xəstəliklərə tutulma riski arasında əlaqə olub, olmadığına baş vuran elm adamları Kolumbiya Universitetində 1985-2013-ci ildə Nyu- Yorkdakı Presbyterian xəstəxanasında müalicə alan təxminən 1,7 milyon adamın sağlamlıq məlumatları ilə doğum tarixini alqoritm üsulu ilə müqayisə edib.

Yüksək təzyiqdən, asma xəstəliyinə qədər 55-dən çox xəstəliyin doğum tarixiylə əlaqəsini araşdıran alimlər, mayda doğulanların xroniki xəstəliklərə tutulma riskinin oktyabr və noyabrda doğulanlardan daha az olduğunu təyin etdi.(milliyet.com)
Elm adamları, mart və apreldə doğulanların ürək-damar xəstəlikləri, oktyabr və noyabrda doğulanların isə tənəffüs yolu, cinsi və sinir xəstəliklərə tutulma ehtimalının daha çox olduğunu bildirir. Ayrıca, asma narahatlıqlarının iyul və oktyabrda doğulan uşaqlarda daha çox rast gəlindiyini, noyabrda doğulanların yaddaşsızlıq sindromuna tutulma riskinin daha yüksək olduğu təsdiqlənib.

Bu araşdırmanın məlumatları nə işə yarayacaq?

Araşdırmanı icra edən qrupun rəhbəri Mary Regina Boland, doğum tarixi və risklər arasındakı əlaqənin ekoloji faktorlar və xəstəliklərin bioloji mexanizmi arasındakı əlaqəni ortaya qoyduğunu söylədi. Boland, araşdırmanın ayrıca ritm pozğunluğu, mitral qapaq pozğunluğu, bəzi ürək-damar xəstəlikləri ilə doğulan tarixi arasındakı əlaqəni göstərməsi baxımından əhəmiyyət daşıdığına diqqət çəkdi.
Boland, bu yeni üsulla əhəmiyyətli kliniki problemlərin həll edilməsində həkimlərə kömək etməyi və yeni müalicə üsullarına işıq tutmağı hədəflədiklərini vurğuladı.

"Ümidsizliyə qapılmayın”

Araşdırmaya imza atanlardan Nikolas Tatonetti də bu məlumatların elm insanlarına yeni risk faktorlarının təyin olunmasında köməkçi ola biləcəyini ifadə etdi. Tatanetti, kəslərin ümidsizliyə qapılmaması lazım olduğunu, xəstəliklər və doğum tarixi arasında əlaqə olsa da inkişaf prosesini və idman vərdişi kimi bir çox faktorun göz önünə alındığı zaman bu əlaqənin nisbətən az olduğunu ifadə etdi. Araşdırmanın nəticələri "Journal of American Medical İnformatics Association” jurnalında dərc olunub.