Qənd mal-heyvan sümüyündənmi hazırlanır ? - FAKT TƏLƏBİ

Eyyub Hüseynov: “Qəndin mal-heyvan sümüyündən hazırlanmasına dair iddialar Sovet dövründən indiyə qədər davam edir”


"Qəndin mal-heyvan sümüyündən hazırlanmasına dair iddialar Sovet dövründən indiyə qədər davam edir”.

Bunu "Sherg.az”a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.  O qeyd edib ki, həmin vaxt arabalarla əhalidən heyvan sümüklərini yığırdılar və ona görə də hər kəs belə düşünürdü:

"Bu gün isə AİB-nin tədqiqatı göstərir ki, belə məsələ yoxdur. Şəkər, qəndin istehsalında heyvan sümüklərindən istifadə olunmur. Bunu iddia edən şəxslər sübut edə bilərsə, şəxsən mən mükafatlandıraram. Bu, dezinformasiyadır.

Düzdür, sümüklər sakinlərdən yığılır. Lakin qənd hazırlanmasında deyil, başqa məqsədlər üçün istifadə edilir. Bu sümüklər düymə hazırlanması üçün yığıla bilər. Toplanan sümüklərin hara getməsi mənə də qaranlıq qalır. Lakin qənd istehsalına getmədiyindən əminəm”.

Qeyd edək ki, son günlər ictimaiyyətdə, sakinlər arasında ölkəmizdə kəllə qəndin hazırlanmasında mal-heyvan sümüklərinin istifadə olunması haqqında iddialar dolaşır.

Aysel Aslan