Qənirə Paşayevanın nədən və hansı xəstəxanada əməliyyat olunduğu bilindi...






"Sherg.az"ın xəbərinə görə,  millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə xanım cəmiyyətin intizarına və narahatçılığına səbəb olan məsələyə aydınlıq gətirib. O, Qənirə xanımın səhhətinin tam qaydasında olduğunu bildirib:

"Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdiyiniz narahtlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon zəngi və mesajlar qəbul etdim. Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə üzr istəyirəm. Sizin narahtlığınız ve diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk. Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında əmələ gələn Karpal Tünel narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub. Hazırda hər şey yaxşıdır . Özünü yaxşı hiss edir. Memorial Şişli Xəstaxanasının dəyərli həkim kollektivinə və Sizə bir daha təşəkkür edirik.

Kəmalə Paşayeva, millət vəkilinin bacısı