
"Qərb sözdə DEMOKRATİYA , əməldə isə MƏQSƏD güdür" - QAT sədri
11:26 09.01.2019
Arxiv
533
Akif Nağı:"İnsan haqları Qərbi narahat edirsə, Fransa və digər ölkələrdə mitinq və çıxışlarda yüzlərlə insanın həbs olunmasına kəskin reaksiya versinlər"
"Fransa və bəzi qərb ökələrindəki mitinq və çıxışlarda insanların döyülməsi, həbs olunması heç kəsi narahat etmir. Amma Azərbaycanda baş verən xırda bir məsələ intensiv şəkildə gündəmə gətirilir”.
Bunu "Sherg.az” Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.
Onun sözlərinə görə, insan haqları, dimokratiya, siyasi məhbus məsələsi kimi amillər Qərbdəki müəyyən mərkəzlərinin əlində cəmlənib. Və bu kimi faktorlardan onların siyasətinə uyğun olmayan ölkələrə, dövlətlərə təzyiq vasitəsi kimi istifadə edirlər:
"Müəyyən məqamda biz də bu təzyiqləri görürük. Hər hansısa bir ölkədə kütləvi aparılan həbs dalğası gündəmə gətirilmir. Heç saxlanılan şəxsin kimliyi, vəziyyəti, durumu onları maraqlandırmır. Onların özləri müəyyən şəxslərin bəzi proseslərə qoşulmasına şərait yaradırlar. Lakin həmin şəxs həbsə düşən kimi onu müdafiə etməyə başlayırlar.

Burada da tək məqsədləri Azərbaycan və Azərbaycan hökuməti haqqında absurd fikirlər bildirərək, dövləti ləkələməkdir. Məsələnin kökündə məhz bu dayanır.
Bəziləri bunu ya başa düşmür, ya da başa düşmək istəmir. Bu kimi hadisələr əyani şəkildə göstərir ki, insan haqları Qərbi narahat edirsə, Fransa və digər ölkələrdə mitinq və çıxışlarda yüzlərlə insanın həbs olunmasına kəskin reaksiya versinlər. Nə üçün səslərini çıxarmırlar.
Fransada "Sarı jiletlilər” döyülüb, həbs olunduqda heç bir təşkilat, ölkə fikir bildirib, insan hüquqlarını qorumadı. Deməli, onlara insan azadlığı, insan haqları vacib deyil. Bütün bunlar da sübut edir ki, Qərb sözdə demokratik cəmiyyətin formalaşmasından danışır, əməldə isə öz siyasətlərini təzyiq etdiyi ölkələrdə bərqərar etmək məqsədi güdür. Fikrimcə, Azərbaycan bu kimi məsələlərə çox əhəmiyyət verməməli, kimlərinsə çaldığı havaya oynamamalıdır. İnsan azadlığı, insan hüquqları Azərbaycanda kifayət qədər təmin olunur”.
Qeyd edək ki, son günlər Azərbaycanı sevməyən məlum dairələr, qərəzli Qərb təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində hər gün baş verən zülmləri, işgəncələri, polis-xalq qarşıdurmasını görməzdən gələn, onlar barəsində bir cümlə belə xəbər dərc etməyən, hər hansı tələb irəli sürməyən məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu "jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm