Qeyri-adi toy karvanının sürücüləri tutuldu

Toy kortejinə qoşulan 4 nəfər traktor sürücüsünə məhkəmə tərəfindən 20 sutka həbs cəzası verilib


 Bir neçə gün bundan öncə Sumqayıtda traktorların da qoşulduğu toy karvanı barədə sosial şəbəkələrdə videoçarx yayımlanmışdı.
Videokadrda gəlin aparan maşınlarla yanaşı, 4 traktor da xüsusi bəzənilmiş formada toy karvanına qoşulmuşdu. Dünən sözügedən traktor sahibləri Sumqayıt Şəhər Məhkəməsi tərəfindən cəzalandırılıblar.
AzadXeber.net-in məlumatına görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. Vəkilin sözlərinə görə, toy kortejinə qoşulan 4 nəfər traktor sürücüsünə məhkəmə tərəfindən 20 sutka həbs cəzası verilib.