Qəzetlər yazı qıtlığı yaşamır
21:12 04.07.2017
Arxiv
400
Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq Kütləvi İnformasiya Vasitələrində (KİV) mövzu qıtlığı yaşanır. Səbəb isə adətən yayda hadisələrin bolluğunun nəzərə çarpmaması və informasiya axınında müəyyən boşluqların olmasıdır.
Media kapitanları isə fərqli düşünürlər. "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, adətən may ayının sonu, iyun ayının əvvəlindən başlayaraq KİV-lərdə siyasi mövzuların sayında azalma müşahidə edilir: "Təkcə Azərbaycan deyil, bütün dünyada ictimai aktivlik aşağı səviyyəyə endiyi üçün yay mövsümündə xəbərlərlə, mövzularla bağlı müəyyən problemlər yaranır. Təbii ki, bu sahədə problemlər bütün mətbuat orqanlarında var. Bəzən telekanallar çıxış yolu tapırlar, amma çap mediasında bu bir az çətindir. Bu çətinlikləri ayrı-ayrı ekspertlərin müsahibələri, xüsusilə beynəlxalq müstəvidə baş verən xəbərlərlə konfensasiya etməyə çalışırıq. Uzun müddətdir ki, bu sahədəyik və istər yay, istərsə də qış mövsümündə nə edəcəyimizi, planlaşmanın hansı yöndə aparılmasını bilirik.
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə havaların isti keçməsinə baxmayaraq hansısa mövzu qıtlığının olmadığını deyib. Onun sözlərinə görə, bu gün "Bakı-xəbər” qəzetində dərc olunan mövzular içərisində dövlətimiz və cəmiyyətimizin fəaliyyətinin bütün istiqamətləri əhatə edilir:
"Tamamilə səmimi deyim ki, hansı mövsümün olmasına baxmayaraq biz gündəlik qəzet olaraq heç vaxt mövzu qıtlığı yaşamamışıq, bu gün də yaşamırıq. Zahirən belə görsənir ki, mövzu qıtlığı var. Bəlkə də sensassiya yaratmaq kontekstində yanaşanda mövzu qıtlığı olur. Sensassiya yaratmaq üçün faktların qıtlığından danışmaq olar, amma istər iqtisadi və siyasi, həmçinin mədəni məsələlər istiqamətində mahiyyətdən, məzmundan çıxış edərək yanaşanda heç vaxt mövzu qıtlığı yoxdur.
Bu gün ən vacib məsələ cəbhə bölgələrində gedən proseslər, işğaldan azad olunmuş ərazilərimizin bərpası yönündə və Qarabağ probleminin həllində atılan addımlar bizim üçün əsas mövzular sayılır. Eyni zamanda bizim KİVDF ilə imzaladığımız müqaviləyə uyğun olaraq icra elədiyimiz layihələr də mövzularımız içərisindədir”.
İsti hava şəraitində daha çox sərbəst mövzulara üstünlük verildiyini deyən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər mövsümə uyğun mövzu tapmağın mümkün olduğunu da diqqətə çatdırıb:
"Mütəmadi olaraq 16-32 səhifə arası qəzetimizin nəşri davam edir. Təbii ki, qış və yayın təsiri fərqlidir, yayda insanlar istirahətə gedirlər, tələbələrin əksəriyyəti rayonlarda olur. Amma bütün bunlara baxmayaraq biz nəşrimizi davam etdiririk”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya