Qızılağac qoruğunda YANĞIN davam edir - YENİLƏNİB




Qızılağac qoruğunda baş verən yanğın davam edir.
APA-nın cənub bürosunun məlumatına görə, əraziyə Fövqalada Hallar Nazirliyinin Masallı və Lənkəran yanğından muhafizə hissəsinin avtomaşınları və xeyli sayda canlı quvvəsi cəlb olunub.
Yanğın əsasən dəniz sahilində, qamışlıq ərazidə müşahidə olunur. Havanın küləkli olması səbəbindən və ərazi bataqlıq olduğundan ora yaxınlaşmaq çətinlik yaradır .Hazırda yanğın 10 hektardan artıq ərazini əhatə edir.
15:58
İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-nin yerli qurumunun əməkdaşları cəlb olunub.
Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.