Qızını cəmiyyətə buraxmayanlar bunu bilməlidi
16:19 12.02.2017
Arxiv
1685
Ata, ər, hətta qardaş da məsuliyyətə cəlb oluna bilər
Qız uşaqlarına qarşı ayrı-seçkilik edən valideynlər yenə də var. Vəziyyət o həddə çatıb ki, belə valideynlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsi təklif edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov ailədə qadınlara qarşı ayrı-seçkilik edildiyini, onların nikaha qədər və nikahdan sonra idmana və s. yerlərə buraxılmadığını söyləyib:
"Qızının orta təhsil almasına imkan verməyən, qızını cəmiyyət arasına buraxmayan, onu asılı vəziyyətdə saxlayan valideynlərlə bağlı məsələlərin İnzibati Xətalar Məcəlləsində əks etdirilməsi vacibdir. Bu halların kim tərəfindən törədilməsinin fərqi yoxdur. Bu halları ata, qardaş, ər də edə bilər. Bu baxımdan, belə hallar məcəlləyə xüsusi hallar kimi əlavə edilməli, qohumluq münasibətləri həmin müddəalarda ağırlaşdırıcı hal kimi göstərilməlidir. Çünki psixoloji zorakılığı qohum törətdikdə zorakılıq qurbanı olan şəxs həm qohumlardan, həm də ətraf aləmdən təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur olur”.
E.Səfərov qeyd edib ki, sadalanan məsələlərlə bağlı artıq Komitə tərəfindən təkliflər hazırlanıb. Bu təkliflərin hazırlanmasında məqsəd məişət zorakılığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsinin olduqca təqdirəlayiq olduğunu deyən hüquq müdafiəçisi Səidə Qocamanlı qadınların və qızların kölə kimi saxlanılmasının kəskin şəkildə əleyhinə olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir qadın öz daxilində üsyankardır:
"Bugünkü müasir və təlatümlü dünyamızda hər bir qadının cəmiyyətdə xüsusi yeri olmalıdır. Edilən əlavələri alqışlayıram və ümid edirəm ki, bu dəyişikliklər, nəinki bizim qadınlarımıza hüquqi cəhətdən müdafiə rolu oynayacaq, həm də onları bu gün baş verən zorakılıqdan, erkən nikahlardan xilas edəcək. Digər tərəfdən də valideynlərin, qardaşların və həyat yoldaşların hər hansı bir qadına zorakılıq halları etməsinin, qadağalar qoyaraq qadınların həyatını göy əskiyə bükməsinin qarşısını alacaq. Düşünürəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu məsələ ilə bağlı atdığı addımlar çox məqsədəuyğundur, hətta deyərdim ki, gecikmiş bir addımdır. Çünki mətbuat da belə hallar üçün açıqdır ki, bu gün qadınlara qarşı nə qədər zorakılıq halları var. Həmçinin, bu zorakılıq halları ölümlə bitir, qadınlar, analar, cavan qızlar həyatlarını da itirirlər”.
Hüquq müdafiəçisi, həmçinin erkən nikahların da öz növbəsində bir zorakılıq olduğunu bildirib:
"Cavan qızlarımızı təhsildən uzaq qoymaq, onların həyatını sındırmaq kimi hallar dünyanın bugünkü addımları ilə heç uyuşmur. Ona görə də, bu əlavələr qüvvəyə minsə bir çox şeylər dəyişə bilər. Amma həmin o dəyişikliklər ediləndə həm dövlət strukturları, həm də vətəndaş cəmiyyəti tərəfindən çox böyük fəallıq olmalıdır. Yəni, əlavələr elə belə kağız üzərində olmamalıdır. Bu dəyişikliklər və əlavələr ediləndən sonra cəmiyyət bilməlidir ki, hər bir qadın bu ölkədə dövlətin müdafiəsi altındadır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya