Qocaman mətbuat tədqiqatçısı "Şərq"ə arxiv sənədləri verdi - FOTOLAR

Bu gün qocaman yazıçı-jurnalist, tarix elmləri doktoru, Azərbaycan qadınlaına aid ilk təqdiqiqatçı, qızıl qələm mükafatçısı Sabir Gəncəli "Şərq" qəzetini ziyarət edib.
Qəzetin baş redaktoru Akif Aşırlı qonaqla bərabər otaq -otaq gəzərək redaksiyada yaradılmaqda olan mətbuat tarixi güşəsinin eksponantlar, portret və ornamentləri haqqında ümumi məlumatlar verib. 
Bu təşəbbüsü alqışladığını söyləyən S.Gəncəli "Azərbaycan qadınları" jurnalının arxivindən də söz açıb:
"Onun itib- batmaması üçün arxivdən adam dəvət etdim. Gəldib jurnalın komplektləri seçdilər və onlara aid nə vardısa götürüb apardılar . Orada ərəb, latın və kiril əlifbası ilə olan materiallar vardı. Bundan başqa şəxsi sənədlər mövcud idi. Onların da hamısını apardılar. Çünki mən onları verməsəydım, indi onlardan əsər-əlamət yox idi. Hamısı itib- batacaqdı. Əslində onları özüm saxlamaq istəyirdim. Təsüflər olsun ki, saxlaya bilmədim. Otağım vardı, o otağı qorumaq üçün aidiyyatı şəxslərə müraciətlər etdim. Baxan olmadı. 6 il o jurnalın arxivini qorudum, amma sonradan məcbur qalıb həmin otağı təhvil verməli oldum. Yaxşı ki, oradakı dəyərli sənədləri götürüb özümdə saxladım, amma hamısını götürə bilmədim.
O vaxt "Sovet kəndi" qəzeti vardı. Məndə onun bir bukleti qalıb. O qəzetin redaksiyası dəyişəndən və ya redaktor dəyişəndən sonra hamı gəlib dağıdıb apardı. Belə olmaz. Bu şəxsi maraq üçün deyil, bu dövlətin, xalqın, millətin tarixini yaşatmaq üçündür. Azərbaycan mətbuat tarixi də böyük yol keçib. Amma "Vışka" və "Bakinski raboçi" inin də yaxşı arxivi var. Ömrümün 70 ilini tədqiqata həsr etmişəm. Çoxsaylı arxivlərdə olmuşam. Böyük mütəfəkkirlərin müsahibəsini yazmışam. Böyük arxiv yaratmışam və o arxivi özümdə qoruyub, saxlayıram".
Redaksiyamıza güşəmiz üçün müəyyən tarixi sənədlər və orjinal şəkillər hədiyyə edən ustad yazar həmin sənədləri bir - bir izahla təqdim edir:
Bunlar "Azərbaycan qadınları" jurnalının 1990-cı illərdə çıxan nömrələridir. Onlardan 2-3-ü gətirmişəm. Bu şəkil də jurnalın baş redaktoru Xalidə Hasilova dünyasını dəyişəndə çəkilib. Gətirdiyim sənədlərin içərisində Xalidə xanımla bağlı nekroloq və Xalidə xanımın Zərifə xanımla bağlı yazısı da var. Bu nömrə isə qələbənin 40 illiyi haqqında xüsusi buraxılışdır. Buraxılışın içərisində Nərimanovla bağlı yazı yer alıb. Əlimdəki şəkil jurnalımızın 50 illiyində çəkilib. Yaxşı ki, özümdə saxlamışam. İndi bundan yoxdur. Bunlar da mənim vəsiqələrimdir. Sağdakı kağız da jurnalistlərin 7 ci qurultayında iştirakımla bağlı mandatdır, dəvətnamədir. 
Bu da Xalidə xanımın Zərifə xanıma yazdığı orjinal təbrik məktubudur. Onu təbrik edib. Bu mənim tərcümeyi halımdır. Ulu öndər Heydər Əliyev Xalidə xanıma "Qızıl ulduz" medalı veriləndən sonra baş redaktorumuz bizi ətrafına yığıb şəkil çəkdirdi. Bu da həmin şəkildir. Maraqlı və orjinal şəkildir. Sovet ittifaqı qəhrəmanı Jukovun qızı "Azərbaycan qadını"nın redaksiyasına gəlmişdi. Onunla görüş olmuşdu. Bu da Xalidə xanımla Jukovun qızının fotosudur. Əlimdəki növbəti foto isə veteranlarla görüşdən çəkilib. Bunlar əlimə keçənlərdir. İndi yenə baxacam maraqlı tarixi sənədlər əlimə keçsə, gətirəcəm".
Redaksiyanı ziyarət və hədiyyə üçün.S.Gəncəliyə təşəkkür edən A.Aşırlı dəstəyə görə də ona bir daha minnətdarlığını ifadə edib: 
" Sağ olun ki, bunları qoruyub saxlayıb bizə hədiyyə etdiniz. Bunlar güşəmizin ən dəyərli eksponantları olacaq. Özünüz də şahidisiniz, biz çalışırıq ki, güşəmizdə Azərbaycan mətbuatının bütün dönəmləri əks olunsun. Bu, bizim mədəniyyətimizin və mətbuatımızın inkişaf tarixidir. Onu dəyərləndirməyib, unutsaq biz də unudulacağıq. Siz də var olun ki, bizə çox dəyərli sənədlər hədiyyə etdiniz. Allah sizə ömür versin".
Ayyət Əhməd