Rayonlarda ət qismən ucuzlaşıb, paytaxtda isə baha olaraq qalır
12:17 02.03.2018
Arxiv
1814
"Ötən ildən texniki bitkilərin əkininin genişlənməsi nəticəsində maldarlıq üçün yem bazası azaldı və ətin qiymətinin bahalaşması baş verdi”.
Bunu "Sherg.az”a son günlər regionlarda ətin qiymətinin ucuzlaşmasından danışarkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib.
O vurğulayıb ki, buna baxmayaraq, havaların xoş keçməsi qış aylarında təbii yem örtüyünün qalmasına yardımçı oldu:
"Mal-qara saxlayanlar bu il yemə daha az pul xərclədilər. Ona görə, ötən ildən bahalaşan ət bu il artıq nisbətən ucuzlaşdı. Əsasən regionlarda qiymətin dəyişdiyini müşahidə edirik. Bu dəyişmədə alıcılıq qabiliyyətinin aşağı olması, insanların real gəlirlərinə uyğun ətə olan tələbatını azaltması oldu.
Bakıda isə hələ də ətin qiymətində ciddi dəyişiklik yoxdur. Bayram öncəsi ucuzlaşma olacağını da düşünmürəm. Kənd təsərrüfatı Nazirliyi ənənəvi olaraq, bayramqabağı yarmarkalar təşkil edəcək. Ola bilər, həmin yarmarkalarda ətin qiymətinin ucuzlaşmasını görək. Ümumilikdə isə qiymətlərdə ciddi ucuzlaşmanın olacağını proqnozlaşdırmaq çətindir”.
İqtisadçı yaz aylarında təbii yemin artacağını da istisna etməyib. O əlavə edib ki, bu səbəblə önümüzdəki aylarda ətin qiymətində cüzi ucuzlaşma ola bilər:
"Xırda və iri buynuzlu mal-qara saxlayan insanların tək yem xərcləri deyil, kommunal, ailə-məişət xərcləri də artıb. Digər sahələrdə inflyasiyanın müşahidə edilməsi maldarlığa da təsirini göstərib. Bu baxımdan ətin qiymətinin ciddi ucuzlaşması maldarlarını xərclərini qarşılaya bilməməsinə gətirib çıxarar. Bütün faktorları nəzərə alaraq, deyə bilərik ki, ətin qiymətində bir müddət bahalaşma dayanacaq, amma ciddi ucuzlaşma olmayacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət