"Referendum Türkiyənin və türk xalqının inkişafına yönəlib”




"Hazırda aparılan bütün siyasət və baş tutan referendum Türkiyənin və türk xalqının inkişafına yönəlib”.

Bunu Sherg.az-a ötən gün Türkiyə keçirilən ümumxalq səsverməsinin nəticələrindən danışarkən millət vəkili Rövşən Rzayev deyib. 

Deputat Türkiyə xalqının, Türkiyə dövlətinin öz inkişaf yolunu davam etdirməsinə ümid etdiyini bildirib:

"Bu, xalqın öz seçimidir. Hər halda Türkiyə xalqının birliyi daha məsləhətlidir.

Avropa dövlətlərinin və ya digər ölkələrin Türkiyədə keçirilən referenduma qərəzli münasibətinə gəlincə,parlament üzvü düşünür ki, həmin ölkələr başqa dövlətlərin daxili işinə qarışmamalıdır”.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bu ölkə konstitutsiyasına edilən dəyişikliklərlə bağlı baş tutan referendumun nəticələri haqda qələbə elan edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə referendumdan sonra İstanbulda çıxışı zamanı bu ölkə konstitutsiyasına ediləcək dəyişikliklərlə bağlı nəticələri tarixi qərar adlandırıb.

Ayyət Əhməd