“Regionlarda yaşayan gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihə yekunlaşıb
12:26 02.12.2019
Arxiv
474
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda yaşayan gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihə başa çatdı
Layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarının kəndlərində yaşayan gənc qızların sahibkarlıq bacarıqlarını üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. Əvvəlcə 13-15 noyabr 2019-cu il tarixlərində Göygöl, Daşkəsən və Şəmkir rayonlarında 90 qadın arasında biznes və sahibkarlığın nə olduğu ilə bağlı sorğu keçirildi və rəyləri alındı. Sorğu nəticəsində qızlarda daha çox şəxsi keyfiyyətlə, biznes qurmazdan əvvəl nəyə? necə? və nə? suallarına cavab almaq idi. Keçirilən sorğuların nəticəsi kimi, qadınlara 25-27 noyabr 2019-cu il tarixlərində tədbiri “Düşüncə Dizaynı” təlimi keçirildi. Qadınlar təlimlərdə çox fəal iştirak edirdilər. Təlimçi – ekspert Sara Rəcəbli biznesə başlamazdan əvvəl, düşüncəni və istədiyini başa düşmək lazım olduğunu bildirdi. Quracaqları bizneslərin, insanlar üçün nə qədər əhəmiyyətli və cəmiyyətə faydalı olmasından məlumat verdi. Azərbaycanda qadınların biznes açmaqlarından və bir-birlərinə dəstək olmasını vurğuladı. Göygöl rayonundan iştirak edənlərin arasında gənc qız Vüsalə Kamalovaya, gözəllik salonu açıb və ona lazım olan ləvazimatlar təqdim edildi. Daşkəsən rayonunun Quşçu kəndində yeni fəaliyyətə başlayan Süleymanlı Samirə və Bəsti bacılarına gözəllik salonunda istifadə olunacaq ləvazimatlar təqdim edildi. Həmin kənddə evində şirniyyat fəaliyyəti ilə məşğul olan Süleymanova Tünzaləyə tava dəstləri və nəqqaşlar təqdim olundu. Şəmkir rayonunda evində şirniyyat sahəsində fəaliyyət göstərən Günay Abdullayevaya da ehtiyyacı olan ləvazimatlar təqdim olundu. Həmin rayonda fəaliyyət göstərən gənc rəssam xanım Əliyeva Lamiyəyə rəsm ləvazimatları təqdim olundu.
Qeyd edək ki, artıq respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırılır. Qadın sahibkarların “Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı”nda nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişaf prosesində iştirak dərəcəsi getdikcə artır. Ölkəmizdə qadın sahibkarlığının inkişafında ciddi irəliləyişə baxmayaraq, gender bərabərliyinin inkişafını ləngidən bir sıra çətinliklər mövcuddur. Regionlarda yaşayan qadın və qızların sahibkarlarlıq fəaliyyəti ilə məşğul olması üçün onlarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması vacibdir. Məhz bunun nəticəsində kənd yerlərində yaşayan qadınların iqtisadi və vətəndaş həyatındakı uğurlarına nail olmaq mümkündür. Onların bacarıqlarını üzə çıxarmaq, sahibkarlıq fəaliyyətlərinə cəlb edərək dəstək vermək qazanılan uğurun başlanğıcı deməkdir. Layihənin əsas məqsədi – kənd yerlərində yaşayan qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır. Layihədə 90 qadın iştirak edirdi. Onlardan sorğu nəticəsində 6 qadına işlərini genişləndirmək üçün – 2 qadın şirniyyat sahəsində, 3 qadın isə gözəllik xidmətləri, 1 qadın – təsviri incəsənət sahələrində kiçik ləvazimatlar əldə etdilər. Belə layihələr vasitəsilə qadınlar bir-birlərinə dəstək olurlar və bu böyük biznes şəbəkəsi yaradırlar. Bütün iştirakçılara hədiyyələr və sertifikatlar təqdim edildi.
Layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarında həyata keçirildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm