Rəhman Rəhmanov: “Ayağım çürüyür, müalicəyə imkanım yoxdur”





"Maddi imkanım olmadığından xaricə müalicəyə gedə bilmirəm”.
Bunu AzNews.az-a açıqlmasında Azərbaycanın əməkdar artisti, Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanov deyib.
Səhhətində yaranmış narahatlıqdan danışan R. Rəhmanov bildirib ki, sol ayağında çürümə gedir: "Uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Ötən il "Ümüd var” verilişi mənə dəstək oldu və bir ayağımdan əməliyyat olundum. Amma sonradan ikinci ayağımda da çürümə başladı. Səhnəyə çıxa bilsəm də, ayaq üstə çox dura bilmirəm”.

R.Rəhmanov onu da bildirdi ki, sonuncu cərrahi əməliyyatdan sonra ona ikinci qrup əlillik dərəcəsi verilib.

R.Rəhmanov qeyd edib ki, xəstəliyi ilə əlaqədar o, Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Kukla Teatrının rəhbərliyinin diqqətindədir: "Neynəmək olar. Bu taledir”.