Rəşad Mahmudov: “Dövlətimizin səhiyyəyə diqqəti uğurları artırır”
20:42 09.12.2017
Arxiv
527
Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans Səhiyyə Nazirliyinin dəstəyilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub.
Modern.az xəbər verir ki, konfransa sədrlik edən, millət vəkili Dr. Rəşad Mahmudov dövlətimiz tərəfindən son illər Azərbaycan səhiyyəsinə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib.
"Vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin yaşam keyfiyyətinin artırılmasına ciddi təsirini göstərib. Həmçinin səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib”.
Konfransda invaziv radioloq, ürək-damar cərrahı, döş qəfəsi cərrahı-uzmanı və neyrocərrahın məruzələri dinlənilib. Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdiyi konfrans təqdimatlar ətrafında müzakirələr aparılması ilə yekunlaşıb.
Qeyd edək ki, mütəmadi olaraq keçirilən elmi-praktik konfransların təşkilində məqsəd tibb ictimaiyyətini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərinin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya
Tramp: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
16:14 21.09.2026
Dünya
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
16:11 21.09.2026
Dünya
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
15:49 21.09.2026
Elm və Təhsil
BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək
15:17 21.09.2026
Dünya
Qırğızıstanda qoyun bir milyon dollara satıldı
15:16 21.09.2026
Dünya
“Parlamentimiz fil qulağında yatıb” - Azər Həsrət
15:10 21.09.2026
Aktual
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb
15:04 21.09.2026
Hadisə
Bakıda iki bağça fəaliyyətə başladı
14:32 21.09.2026
Elm və Təhsil
İmran Xanın bacıları saxlanıldı
13:57 21.09.2026
Dünya
Putin Paşinyanı iki cümlə ilə təbrik etdi
13:19 21.09.2026
Dünya
Türkiyənin cənubunda 5 maqnitudalı zəlzələ baş verib
12:38 21.09.2026
Hadisə
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
12:34 21.09.2026
Gündəm