"Rəsmi Tehran Azərbaycandan bir qədər ehtiyatlanır" - Şərh
08:21 13.02.2017
Arxiv
872
"Qarabağ münaqişəsinin həllində İran mütəmadi olaraq sülh bəyanatları verir".
Bunu Sherg.az-a İranın Azərbaycandakı səfirinin "Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə inanırıq" iddiasını dəyərləndirərkən analitik Arzu Nağıyev deyib.
O bildirib ki, rəsmi Tehran sıx əlaqələri olduğu üçün Azərbaycandan bir qədər ehtiyatlanır:
"Həmçinin bizim ən böyük diasporamız, azərbaycanlı icması məhz İranda fəaliyyət göstərdiyindən bu qonşu dövlətin addımlarına müəyyən qədər təsir göstərir. Dağlıq Qarabağ münaqişəsinin alovlanması və Şuşa hadisəsi baş verəndən bu günə qədər İranın mövqeyi bəllidir. Tehranın tarix boyu ermənilərlə yaxın münasibətləri olub. Hətta erməni partiyasının İrandakı nümayəndəsi dəfələrlə Qarabağa səfər edir, onları maliyyələşdirir. İran isə buna dillənmir, eyni zamanda Ermənistanı öz tərəfdaşı kimi qəbul edir. Bu yaxınlarda Ermənistanın müdafiə naziri İrana səfər etdi. Bəzi məsələlərin həlli üçün ikitərəfli memerandumlar imzalandı. Bugünlərdə İran Rusiya ilə koalisiya yaradaraq Suriyda hərbi əməliyyatlar həyata keçirməkdədir. Son vaxtlar ABŞ-ın İrana qarşı sanksiyalarından, xüsusilə Trampın verdiyi bəyanatlardan sonra Amerikanın İsrail ilə, İsrailin isə Azərbaycanla yaxınlığı məsələsi İranda müəyyən narahatlıq yaradıb.
Unutmaq lazım deyil ki, üzdə Türkiyə ilə hər hansı münasibətin qurulmasına baxmayaraq, onların arasında da bir sıra problemlər var. İran Azərbaycanla nə qədər yaxınlıq edərsə, müsbət istiqamətdə addımlar atarsa,bu, birbaşa onun xeyrinədir. Təbii ki, qonşu ölkə ilə hərbi, iqtisadi, nəqliyyat dəhlizinin yaradılması və digər istiqamətlərdə qarşılıqlı anlaşmalarımız var. İran Azərbaycan haqqında necə bəyanat verir versin rəsmi Bakı öz balanslı siyasətini yürüdür. Sözsüz ki, qonşuluq siyasətimizi də unutmuruq. İranlı səfirin verdiyi bəyanatlar adi məsələdir. O, bunları dəfələrlə qeyd etməlidir, başqa cür ola da bilməz. Regionda nüfuzdan danışdıqda İran çalışır ki, həm Cənubi Qafqazda, həm də Azərbaycanda nüfuz sahibi olsun. Biz isə tolerant dövlətik. Bu istiqamətdə də öz xarici siyasətimizi təşkil edirik. Hər zaman ölkəmizin İranla üst-üstə düşən və ya fərqli maraqları mövcuddur".
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi İslam İnqilabının 38 ildönümü ilə əlaqədar qəbul təşkil edib. Tədbirdə çıxış edən səfir Cavad Cahangirzadə bildirib ki, İran regional və beynəlxalq münaqişələrin sülh və danışıqlar yolu ilə həll olunacağına inanır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya