"Rusiya Alyaskanı geri istəyir" iddiası...

ABŞ-da yaşayan rus əslli hüquqşünas 2017-ci ildə Putinə hədiyyə hazırlamaq istəyir
Rusiyanın, 1867-ci ildə çar 2-ci Aleksandır tərəfindən 7 milyon 200 min dollara ABŞ-a satdığı Alyaskaya yenidən göz tikdiyi ortaya çıxdı.
ABŞ-da yaşayan və rus əslli bir ailədən gələn hüquqşünas  Konstantin Şuqayev, Amerika arxivlərində Alyaskanın satış razılaşmasının qanuna uyğun edilmədiyini sübut edərək, 2017-ci ildə Putinə yaxşı bir hədiyyə hazırlamaq istəyir.
Alyaska hekayəsinin 1 aprel zarafatı olmadığını yazan  Rusiyadakı "Gazeta" qəzeti, "Rus əsilli ABŞ vətəndaşı Şuqayevin ‘Garett, Paterson və Shugaev' adında bir hüquq xidmətləri şirkəti var. Bu şirkətin hüquqşünasları köhnə arxivləri araşdıraraq  Alyaskanın satışında qanunsuzluq olduğunu  sübut etmək istəyir. Tarixi sənədlərə görə, rus çarının satışı reallaşdırdığı gün, ABŞ Nümayəndələr Məclisinin də səlahiyyətlərinin sona çatdığı gün imiş. Nümayəndələr Məclisi həmin gün toplaşaraq iki ölkə arasında torpaq alverini təsdiqləmiş. ABŞ qanunlarına görə isə, Nümayəndələr Məclisi yanında Senatın da təsdiqi lazımdır. Məhz  bu hüquqi boşluqları ortaya çıxarmağı planlaşdıran Şuqayev, Alyaskanın ABŞ-a keçişinin 150-ci ildönümündə Rusiya lideri Vladimir Putinə  Krımdan sonra Alyaska hədiyyəsi hazırlamaq istəyir" şərhini verib.(Milliyet)
Kreml sarayının ABŞ-da Alyaska ilə bağlı hər hansı bir araşdırma aparıldığının məlum olmadığını    vurğulayan qəzet, "Ancaq bu işin Rusiya tərəfindən gizlicə icra edildiyi ortadadır. Şuqayev hüquq şirkətinin ABŞ-da Alyaska satış sənədlərini araşdırması üçün Rusiya hökumətinin arxasında dayandığı ‘21-ci Əsr və Dünya' fondu tərəfindən maliyyələşdirildiyi bildirilir.