Azərbaycanın inadla Gömrük İttifaqı və Avrasiya Birliyindən imtinasına rəğmən Kreml Azərbaycandan əl çəkmək istəmir. Rusiya hələ də Azərbaycanın Gömrük İttifaqına qoşulacağına ümid edir. Halbuki Azərbaycanın ölkə başçısı bu məsələ ilə bağlı ortaya ciddi siyasi iradə qoyub və ölkəmizin heç bir halda bu birliklərə üzv olmayacağını vurğulayıb.Bütün bunlara rəğmən Rusiya Azərbaycanın yaxasından əl çəkmir. Vaxtaşırı Azərbaycanın bu qurumlara üzvlüyü məsələsini gündəmə gətirməklə bütün vasitələrlə bizi Gömrük İttifaqına dartır. İndi də Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski qıcıqlandırıcı bəyanat yayıb ki, bir qədər gec olsa da, Azərbaycan Gömrük İttifaqına qoşulacaq. Sözsüz ki, komitə sədrinin bu bəyanatla ortaya atılması təsadüfi deyil və Azərbaycanın bu ittifaqa daxil olması üçün bir şantaj vasitəsidir. Politoloq Leyla Əliyevanın sözlərinə görə, rusiyalı komitə sədrinin bu cür iddialı danışması son zamanlar regionda baş verən proseslərlə bağlıdır: "Rusiya prezidenti Vladimir Putin hazırda iqtisadi inteqrasiyanı gündəmə gətirib. Belə ki, Rusiyanın əsas məqsədi postsovet ölkələrini Gömrük İttifaqı çərçivəsində birləşdirməkdir. Çox güman ki, komitə sədrinin Azərbaycanın gec, ya tez, Gömrük İttifaqına üzv olması ilə bağlı bəyanat verməsinin arxasında Putinin Bakıya uğurlu səfəri və Yanukoviçin Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan üz döndərməsi kimi amillər dayanıb. Putinin Azərbaycana səfəri zamanı ölkəmizin Gömrük İttifaqına qoşulması ilə bağlı konkret razılaşma əldə olunmasa da, tam şəkildə imtina da olmadı. Rusiya da hesab edir ki, Ermənistan və Ukrayna Avropa Birliyinə inteqrasiyadan və assosiativ saziş imzalamaqdan son anda üz döndərdi. Buna Kreml həmin ölkələrə təzyiq etməklə nail olub. Onu da deyim ki, komitə sədri bu bəyanatla dünyaya eşitdirir ki, gec, ya tez, bütün MDB ölkələri Gömrük İttifaqına qoşulacaq və Rusiya öz kürsüsündən heç vaxt güzəştə getməyəcək”. L.Əliyevanın qənaətincə isə bu cür təzyiq və xəbərdarlıq xarakterli açıqlamalar məhz Rusiyanın zəifliyindən irəli gəlir: "Ukraynada vəziyyət çox gərgindir və indiki halda seçim etmək Yanukoviç üçün heç də asan məsələ deyil. Hər an Ukraynada proses müəyyən istiqamətlərə yayıla bilər. Həm Avropa Birliyi və Şərq tərəfdaşlığı ölkələrinin də baş verən hadisələrə müdaxiləsi istisna deyil. Bu mənada, Rusiya ehtiyatlandığı üçün prosesləri qabaqlamaq və özünü müdafiəyə çalışır”. İstənilən halda Azərbaycanın Gömrük İttifaqına üzv olmayacağını vurğulayan politoloqun sözlərinə görə, Azərbaycanın Avropa Birliyi ilə assosiativ saziş imzalamaması Rusiyaya əsas vermir ki, Azərbaycan nə vaxtsa Gömrük İttifaqına daxil ola bilər: "Avropa Birliyi ilə assosiativ saziş imzalamamaq Azərbaycan hökumətinin öz seçimidir. Görünür, dövlət öz neytrallığını qorumaq və beynəlxalq siyasətində balans yaratmaq istəyir. Bu neytrallıq isə müəyyən mənada ölkəmizə dividend qazandırır. Odur ki, Azərbaycanın rusiyalı komitə sədrinin dediyi kimi Gömrük ittifaqına daxil olması absurddur”.
Rusiya Avrasiya Birliyini Azərbaycanın yaxasından almaq istəyir
19:12 05.12.2013
Arxiv
2623
Leyla Əliyeva: “Neytrallıq müəyyən mənada ölkəmizə dividend qazandırır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya