"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünür" - Analitik

"İki ölkə arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir". 
Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. 
O qeyd edib ki, dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımdan yeni perspektivlər və imkanlar vəd edir: 
"Bununla yanaşı ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir. Hazırda Rusiya ilə siyasi-iqtisadi və hərbi texniki əlaqələr yükəsək səviyyədədir. Bu baxımdan Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı görünür.
 Çünki, Ermənistan baş nazirinin Minsk qrupu formatında aparılan "Madrid prinsiplərini" qəbul etməməsi, Rusiyanın da geosiyasi maraqlarına cavab vermir. 
Həmçinin Paşinyanın Moskvanın əleyhinə siyasi qərarları, Putini qəzəbləndirən amillərdəndir. Rusiyanın dövlət başçısı Ermənistanda baş verən siyasi proseslərdən ciddi narahatdır və çalışır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu öz həllini tapsın. Hesab edirəm ki, Rusiya bu məslənin həllində Ermənistana təyziqlər göstərə bilər".
Ayyət Əhməd