Rusiya dərman bazarında elə də ciddi oyunçu deyil
20:08 07.10.2015
Arxiv
505
“Biz mümkün qədər tez öz dərmanlarımızın istehsalına nail olmalı və bununla da yerli dərman bazarımızı formalaşdırmağa çalışmalıyıq”
Rusiya şirkətləri Azərbaycanda dərman istehsalı üzrə nəhəng layihə nəzərdə tutub. Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində səsləndirilən fikirlərdən belə nəticə çıxır ki, Azərbaycan özü dərman istehsal edəcək.
Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev forumda çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Azərbaycanda əczaçılıq klasterinin yaradılması üçün bu sahədə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır.
Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb da Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqdan danışaraq deyib ki, iki ölkə arasında əməkdaşlıqda məqsəd təkcə dərmanların Rusiyadan idxalı məsələsi deyil. Onun sözlərinə görə, Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müştərək müəssisələr yaradılmalıdır.
Azərbaycanda yerli dərmanların istehsalının yox səviyyəsində olduğunu vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu sahə illərdir nəzərdən kənarda qalıb və istehsal sahələri yaradılmayıb.
Ekspertin sözlərinə görə, Azərbaycanın dərman istehsalında özünə tərəfdaş kimi Rusiyanı seçməsi bir o qədər də ciddi uğur hesab olunmamalıdır: "Rusiyanın özünün dərman bazarının 80 faizi xarici bazardan asılı vəziyyətdədir. Rusiya bazarında istehlak olunan dərmanların böyük əksəriyyəti xaricdən idxal olunur. Rusiyanın elə də ciddi elmi və istehsal potensialı yoxdur ki, Azərbaycanı da tamamilə dərman preparatları ilə təmin eləsin və yerli istehsalın yaranmasında önəmli rol oynasın. Rusiyada fəaliyyət göstərən formativli kompaniyaların istehsal sahələrinin böyük əksəriyyətinin tərəfdaşı da məhz Avropa ölkələri, xüsusən də Almaniya və İsveçrə şirkətləridir. Onların texnoloji dəstəyi və istehsalda iştirakı ilə hər hansı bir dərman preparatlarının buraxılması mümkün olur. Bu sahədə Rusiyanın dünya bazarında elə də ciddi oyunçu olduğunu söyləmək mümkün deyil”.
Bununla belə N.Cəfərli hesab edir ki, Azərbaycanda yerli dərman istehsalı sıfır səviyyəsində olduğu üçün bu sahədə bütün ölkələrlə, o cümlədən də Rusiya ilə müzakirələr aparmaq və əməkdaşlıq etməkdə fayda var: "Əgər dərman preparatlarının qiymətləri ilə bağlı ciddi narazılıqlar varsa və son zamanlarda bu sahədə müəyyən addımlar atılırsa, deməli, yerli istehsalımızın yaradılması çox vacibdir. Qiymətlərin tənzimlənməsi ilə bağlı dövlət səviyyəsində verilən qərarlardan sonra müəyyən proseslər gedir. Bir çox dərmanların apteklərdə ümumiyyətlə yoxa çıxması müşahidə olunur. Bu isə vətəndaşlar tərəfindən çox ciddi narazılıq və narahatlığa səbəb olur. Ona görə də, biz mümkün qədər tez öz dərmanlarımızın istehsalına nail olmalı və bununla da yerli dərman bazarımızı formalaşdırmağa çalışmalıyıq. Bunun üçün isə təkcə Rusiya ilə deyil, bir sıra ölkələrlə əməkdaşlıq edib, qabaqcıl Avropa texnologiyalarına sahib olan dərman şirkətləri ilə danışıqlar aparmaq daha yaxşı olardı”.
İqtisadçının sözlərinə görə, dərman preparatları Azərbaycanda istehsal ediləcəyi halda bu, satılan dərmanların qiymətinə də təsir edəcək: "Ölkəyə gətirilən dərmanlar üçün gömrükdə müəyyən qədər rüsum ödənilir və bu da qiymətlərin bahalaşmasına səbəb olur. Dərmanlar Azərbaycanda istehsal olunsa, ən azından bu məhsullar daşınma və gömrük xərclərindən azad olacaq. Çox yaxşı olar ki, təkcə dərmanların yox, gələcəkdə dərmanların istehsalında istifadə olunan molekullar da yerli beyin məhsulu olsun. Bu zaman dərmanların maya dəyəri aşağı düşər və qiymətlər ucuzlaşar. Bunun üçün zamana ehtiyac olduğunu hər birimiz başa düşürük, amma bir məsələ var ki, biz zamanı da itirməməliyik. Elə günü bugündən yerli dərman istehsalı üçün beyin mərkəzinin qurulmasına, yerli molekulların istehsalına nail olmaq üçün real addımlar atmalıyıq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya