"Rusiya İsrail və İran arasındakı qarşıdurmaya qarışmayacaq” - ŞƏRH
14:00 10.05.2018
Arxiv
652
"Rusiya İsrail və İran arasındakı qarşıdurmaya müdaxilə etməyəcək”.
Bu barədə "Sherg.az”a Suriyada yerləşən İsrail ordusunun İranın mövqelərini vurmasından danışarkən politoloq İlqar Vəlizadə bildirib.
O xatırladıb ki, İsrailin baş naziri Benyamin Netanyahu Moskvaya səfər edərək hərbi paradda iştirak edib:
"May ayının 9-u baş tutan səfərdə yaşananlar göstərdi ki, iki ölkə başçısı arasında yaxşı münasibətlər formalaşıb. İsrail və Rusiya arasındakı münasibətlər göstərir ki, rəsmi Moskva münaqişədə ən pis halda neytral mövqedə dayanacaq.
Hadisələrin gərginliyə doğru inkişafı Rusiya üçün əlverişli olmasa da, V. Putin regiondakı maraqlarını ön planda tutacaq. Çünki şimal qonşumuzun İsraillə münasibətlərinin pisləşməsi regiondakı mövqeyini də zəiflədə bilər. Hətta İran da birbaşa İsraillə qarşıdurmaya imkan verməyəcək və öz məqsədlərinə dolayı yolla çatmağa cəhd edəcək”.
Qeyd edək ki, Suriyada İsrail ordusu İranın mövqelərini vurmaq üçün 28 təyyarə və 70 raketdən istifadə edib. Suriya İnsan Hüquqları üzrə Təşkilatın verdiyi məlumata görə, bu hücum nəticəsində 28 nəfər həlak olub. İsrail ordusu isə heç bir itki verməyib. İsrail tərəfi bu addımını Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İrana qarşı müdaxilə adlandırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou