Rusiya Qərbin təzyiqlərindən yan qaça bilmir
06:18 15.09.2018
Arxiv
594
Ölkə sanksiyaların ikinci mərhələsindən daha çox əziyyət çəkəcək
ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.
Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir. Sinqh əlavə edib ki, sanksiyaların birinci mərhələsi nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib. Analitiklərə görə, Rusiya sanksiyaların ikinci mərhələsindən də əziyyət çəkəcək, lakin heç bir halda kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə imkan verməyəcək.
Politoloq Qabil Hüseynli də bəyan edib ki, indiki şəraitdə Rusiyanın qapılarını amerikalı mütəxəssislərə açacağı inandırıcı deyil. Siyasi şərhçinin sözlərinə görə, ekspert qrupu Rusiyaya girməyi bacarsa belə bütün məntəqələri təftiş edə bilməyəcəklər:
"Sovet dövründə, daha doğrusu, imperiyanın son zamanlarında buna bənzər sazişlər imzalanıb və qismən həyata keçirilib. Lakin Vladimir Putinin hakimiyyətindən sonra Rusiyanın tərksilah edilməsi prosesi tamamilə dayandırılıb. Bioloji silahlar çox təhlükəlidir və istənilən hal ciddi problemlər yarada bilər. Heç kim deyə bilməz ki, artıq bu cür silahlar Rusiyada yoxdur. Çox güman ki, ölkənin gözdən uzaq diyarlarında həmin texnikalar qalmaqdadır.
Əgər bu gün Kremlin himayə etdiyi Suriyada kimyəvi silahlar üzə çıxırsa, həmin silahların Rusiyada olmadığını söyləmək sadəlövhlük olar". Analitikə görə, Rusiyanın iqtisadi vəziyyəti dayanıqlıdır. Rusiya sovet dövründə etibarlı iqtisadi model quraraq, özünü beynəlxalq təzyiqlərdən qorumağı bacarırdı. Lakin imperiya dağıldıqdan sonra ölkə Qərblə rəqabətə girdi və yeni nanotexnologiyaları Rusiyaya gətirdi.
Nəticədə ölkənin demək olar ki, bütün iqtisadiyyatı Qərb avadanlıqları üzərinə quruldu. Ona görə də Rusiya təzyiqlərdən yan qaça bilmir. Şübhə yoxdur ki, budəfəki təzyiqlər paketi də ölkəyə təsirini göstərəcək".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol