Rusiya səfiri: "Azərbaycanın Lapşinlə bağlı müraciəti qanunidir"
15:19 13.02.2017
Arxiv
459
"Hansısa ölkədə qeyri-qanuni hərəkət edirsənsə, bu barədə bütün dünyaya car çəkmək lazım deyil”.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bloqer Aleksandr Lapşinin Azərbaycana verilməsinə münasibət bildirərkən deyib.
Diplomat bildirib ki, Rusiya və İsrail vətəndaşı olan Lapşin Dağlıq Qarabağa səfər edənlərin Azərbaycana girişinin qadağan olunduğunu bil-bilə bu addımı atıb:
"Azərbaycanda "Formula-1” yarışı keçirildiyi üçün onu Bakıya buraxıblar. Geri qayıdandan sonra isə o, sosial şəbəkələrdə azərbaycanlıların əleyihinə postlar payılaşaraq lovğalanıb. Sonra isə Belarusa səfər edib, burada onun qohumları var. Burada onu Azərbaycanın sorğusu əsasında həbs ediblər".
Rusiyalı diplomat Azərbaycan tərəfinin müraciətinin qanuni olduğunu deyib.
"Hüquqi nöqteyi-nəzərdən hər şey qaydasındadır. Çünki barəsində cinayət təqibi olan şəxsin təhvil verilməsi barədə MDB ölkələri arasında razılaşma var, Azərbaycan Baş Prokurorluğu da bununla bağlı müraciət edib. Belarus həmin müraciət əsasında bu addımı atıb. İsraillilərlə birlikdə bizim konsulluq şöbəmiz Lapşinin ya Rusiya, ya da İsrailə verilməsi üçün iş aparıb. Həmin razılaşma çərçivəsində onu Rusiyaya vermək olardı. Lakin bizdə onun barəsində cinayət işi yoxdur. Baş Prokurorluğumuz onun barəsində cinayət işi açmış olsaydı, o, Azərbaycana yox, Rusiyaya təhvil veriləcəkdi”, - deyə A.Surikov bildirib.
Səfir qeyd edib ki, A. Lapşin Belarusda saxlanılan zaman konsulluq şöbəsinin əməkdaşları ona baş çəkiblər, həm vəkilləri, həm də qohumları ilə görüşüblər:
"Lakin onu təhvil verilməsinin qarşısını almaq mümkün olmadı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət