Kremllə Tehran arasındakı danışıqların ən mühüm məqamı Suriya böhranı ilə bağlıdır
Rusiya və İran Qarabağda müharibəyə maraqlı deyil
20:55 07.02.2017
Arxiv
652
“Çünki münaqişə ocağı hər iki ölkəyə çox yaxındır”
Kremllə Tehran arasındakı danışıqların ən mühüm məqamı Suriya böhranı ilə bağlıdır
Kremllə Tehran arasındakı danışıqların ən mühüm məqamı Suriya böhranı ilə bağlıdır
İran Prezidenti Həsən Ruhaninin mart ayında Moskvaya səfəri zamanı Suriya böhranı ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ətrafında da müzakirələr aparılacaq. Bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib. O əlavə edib ki, səfər zamanı Xəzər dənizinin bölüşdürülməsi və digər iqtisadi məsələlər gündəmə gələcək.
Xatırladaq ki, Ruhaninin Moskva səfəri Rusiya-İran və Azərbaycan arasında keçirilən üçtərəfli sammitlə bağlıdır. İlk üçtərəfli görüş 2016-cı ilin avqust ayında reallaşıb. İkinci sammit isə Ruhaninin Rusiyaya səfər etməsindən sonra bəlli olacaq.
Gözlənilən səfərlə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiya və İran arasındakı danışıqların ən mühüm məqamı Suriya böhranı ilə bağlıdır. Ekspertə görə, tərəflər arasında həlledici danışıqlar davam edəcək:
"Moskva və Tehran arasında müzakirələr ilk növbədə tərəflərin öz problemlərinin həllinə yönələcək. Bilirsiz ki, hər iki ölkə Qərbin ciddi sanksiyalarına məruz qalıblar. Görünür, tərəflər ortaq strategiyanı formalaşdırmaq üçün yollar axtaracaqlar. Son günlər ABŞ rəhbərliyi başda olmaqla, digər rəsmilər İranı sərt şəkildə tənqid edirlər. Amerika çalışır ki, Rusiya ilə İranın müttəfiqliyini pozsun. Çünki İran bölgədə lider ölkələrdən sayılır və təsiredici rola malik olması qəbul edilir. İran iqtisadi cəhətdən imkanları məhdud olsa da, hərb və silah-sursat baxımından geniş resurslara malikdir. Bu texnikalarla İran istənilən tərəfi susdura bilər”.
Politoloq bildirib ki, Rusiya və İran prinsip etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin müharibə müstəvisinə keçməsində maraqlı deyillər:
"Çünki münaqişə ocağı hər iki ölkəyə çox yaxındır. Müharibə başlayacağı təqdirdə Rusiya və İran bu və ya digər şəkildə savaşa müdaxilə etmək məcburiyyətində qalacaqlar. Əlbəttə, bu iki ölkənin məqsədi heç də münaqişənin tezliklə həll edilməsi deyil. Çünki münaqişənin qalması Rusiya və İrana öz maraqlarını yeni areallarda yerləşdirməyə şərait yaradır”.
T.Abbasovun fikrincə, İran Minsk Qrupunun həmsədri olmasa da, rəsmi formada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:
"Düzdür, İranın Ermənistana münasibəti bizə bəllidir. Ancaq fikrimcə, burada əsas diqqət yetirilməli məqam İranın ali rəhbərinin sözləridir. O deyib ki, "Qarabağ müsəlman torpağıdır”. Hətta bir neçə dəfə konkret Azərbaycanın tərəfində olduğunu da dilə gətirib. Məncə, İran və Rusiya bilavasitə işğalçı Ermənistana təsir göstərə biləcək ölkələrdir. Bunu istisna etmirəm. Qarşıda Ermənistanda seçkilər keçiriləcək. Serj Sarkisyan hansısa formada hakimiyyətdə qalsa belə əvvəlki kimi demoqogiyadan istifadə edə bilməyəcək. Ondan sonra düşmən ölkə birmənalı şəkildə niyyətini ortaya qoymalı olacaq. Yəni sülhə hazır olub-olmadığını bəyan etmək məcburiyyətində qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol