Rusiyalı ekspert: “Paşinyan KTMT dövlətlərinin imicinə xələl gətirir”
14:33 19.05.2021
Arxiv
423
“Paşinyanın KTMT-yə müraciəti populist bir addımdır və ermənilərin işğal planlarına kömək etmək üçün xarici qüvvəyə müraciət etmək cəhdidir. KTMT burada heç bir şey edə bilməz. O, yalnız hər hansı bir hərbi təcavüz və ya üzvlərinin ərazi bütövlüyünə təhlükə yarandıqda kömək edir. Burada isə belə bir hal yoxdur”.
Bunu “Report”un Rusiya bürosuna “Vestnik Kavkaza” agentliyinin baş analitiki Andrey Petrov Ermənistan baş nazirinin vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həllinə kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, erməni tərəfinin bu cür tələbləri KTMT-nin imicinə xələl gətirir: “Çünki Paşinyan bu yolla təşkilatın öz üzvlərinə planlarında və istəklərində kömək edə bilmədiyini göstərir. Əlbəttə ki, KTMT-nin sərhədlərin delimitasiyasına aidiyyatı yoxdur”.
Petrov həmçinin, mövcud gərgin vəziyyətin yaxınlaşan növbədənkənar parlament seçkiləri səbəbi ilə Yerevan tərəfindən yaradıldığını vurğulayıb: “Hazırda müxalifət bundan istifadə edərək hakimiyyətə təzyiq göstərməyə, onun zəif olduğunu və maraqları müdafiə edə bilmədiyini göstərməyə çalışır. Hazırkı hökumət isə öz növbəsində gücünü göstərməyə, guya Azərbaycana müqavimət göstərə bildiyini nümayiş etdirməyə məcbur qalıb. Ancaq adətən Ermənistanın daxili siyasətində olduğu kimi, onlar yenə də kömək üçün xarici qüvvələrə – yəni Rusiya və KTMT-yə müraciət ediblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət