Rusiyanın planları iflasa uğrayacaq
20:48 27.04.2016
Arxiv
515
Mustafa bəy və Krım Tatar Məclisi beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır
Krım Ali Məhkəməsi Krım Tatarları məclisinin ekstremist təşkilat olduğunu bəyan edərək onun Rusiya ərazisindəki fəaliyyətini qadağan edib. Məclisin qadağan edilməsi ilə bağlı məhkəməyə iddia Krım prokuroru Nataliya Poklonskaya tərəfindən daxil olub. O bildirib ki, təşkilat tamamilə antirusiya fəaliyyətinə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev isə "böyük qərb kuklaoynadanlarının əlində oyuncağa çevriliblər”.
Prokurorluğun məlumatına görə, məclis liderləri "Boz qurdlar”, "Xizb ut Tahrir əl İslami” kimi terror təşkilatları ilə əməkdaşlıq edirlər. Türkiyə hökuməti Rusiyada Krım-Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verib. Hökumət rəsmiləri deyib ki, Krım-Tatar Milli Məclisi xalqın hürr-iradəsinin ifadəsi olan, demokratik yolla seçilmiş legitim təmsil və qərar orqanıdır. Məclisin fəaliyyətinin qadağan olunması yarımadanın Rusiya tərəfindən qeyri-qanuni şəkildə işğalı və ilhaqından sonra Krım tatarlarının birlik və bütövlüyünü hədəf alan addımların son həlqəsidir. Krım tatarları bu qərarla məruz qaldıqları hədə-qorxu siyasətinə boyun əyməyə və təslim olmağa məcbur edilir. Bu qərarı həm Krım tatar toplumuna qarşı yeridilən sistematik və kollektiv təzyiqin yeni bir təzahürü kimi qınayırıq. Türkiyə Krım tatarlarının haqlı mübarizəsini və Krım tatarlarına qarşı bu tip basqılara son verilməsi cəhdlərini qətiyyətlə dəstəkləməyə davam edəcək”. Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Krım-Tatar Məclisini öz tərəfinə çəkməyə çalışır. Çünki Məclis hər fürsətdə Krımın yenidən Ukraynanın tabeliyinə qayıdacağını bəyan edir. Bu da rəsmi Moskvada qıcıq yaradır: "Mən Mustafa Cəmiloğlu ilə dəfələrlə görüşmüşəm. O mənə bir əhvalat danışdı. Deməli, Krım işğal olunan ərəfədə Rusiya Prezidenti Vladimir Putin Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev vasitəsilə Cəmiloğluna mesaj yollayıb ki, onunla görüşmək və ya telefonda danışmaq istəyir. Sonra Putin Cəmiloğluna zəng edib və faktiki olaraq onun tərəfinə keçməsini istəyib. Əvəzində isə ona bütün imkanlardan istifadə etməyi vəd edib. Təbii ki, Mustafa Cəmiloğlu belə bir təkliflə razılaşmayıb. Bu hadisədən sonra Rusiyanın siyasəti dəyişdi. Kreml M.Cəmiloğlunu və Krım Tatar Məclisini düşmən kimi görməyə başladı. Faktiki olaraq təşkilatı Krımdan didərgin saldılar. Mustafa bəyi və oğlunu günahsız yerə həbs etdilər”. Ekspertin sözlərinə görə, Rusiya Krımda Moskvanın maraqlarına xidmət edən bir qrup tatar tapıb. Amma tatarların böyük əksəriyyəti Mustafa bəyə və Krım Tatar Məclisinə hörmət bəsləyir: "Sadəcə indi Krımda vəziyyət elədir ki, bunu açıq şəkildə ifadə edə bilmirlər. Çünki əks halda ailələri böyük təzyiqlə üzləşə bilər. Eyni zamanda Mustafa bəy və Krım Tatar Məclisi beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır. Ona görə də rusların məkirli fəaliyyəti heç bir nəticə verməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual