Rusiyanın qərarı ABŞ səfirini məyus etdi




ABŞ səfiri Rusiya hökumətinin verdiyi qərarlardan dərin məyusluq hissi keçirərək qəti şəkildə etirazını bildirib.

Axar.az xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyindən informasiya yayılıb.

Səfirliyin məlumatına görə, səfir Con Tefftə Rusiya hakimiyyəti tərəfindən rəsmi bildiriş təqdim olunub. Rusiya XİN-in verdiyi tələblər baxılması üçün Vaşinqtona göndərilib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya hökuməti Vaşinqtonun sanksiyalarına qarşı cavab tədbirləri görmüşdü.