Rusiyanın qoşunlarını Suriyadan çıxarmasının səbəbləri AÇIQLANDI





"Rusiyada ciddi iqtisadi böhran yaşanır”.

Bunu "Sherg.az”a Rusiyanın qoşunlarını Suriya ərazisindən çıxarmasının səbəblərindən danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, məhz bu səbəbdən Suriyadakı ordunun saxlanmasına maddi imkan yetmir:

"Ordunun saxlanması üçün kifayət qədər böyük maliyyə resursları tələb olunur. Həmçinin Suriyadakı proseslər sona yaxınlaşır. Bundan sonra Rusiyanın orada qalmasına zərurət yoxdur”.

Qeyd edək ki, bu gün Suriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib.

Aysel Aslan