Rusiyaya qarşı sanksiyarın məqsədi Trampı devirməkdir" - POLİTOLOQ

Zərdüşt Əlizadə: "Tramp namizəd olduğu vaxt demişdi ki, Rusiya ilə isti münasibətlər qurmağa hazırdır. Amma indi görürük ki,Trampa bu siyasətini həyata keçirməyə imkan verilmir "


Rusiyaya tətbiq olunan sanksiyaların səbəbi Moskvanın qonşularına qarşı ədalətsiz və işğalçı mövqedə dayanmasıdır". 

Bu barədə Sherg.az-a ABŞ prezidenti Donald Trampım Rusiyaya qarşı hazırlanan sanksiya proqramını təsdiqləməsinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə bildirib.

 Ekspertin fikrincə, məlum sanksiyaların tətbiqinə Moskvanın Krımı Ukraynadan qoparması, Donetsk və Luqanskda seğaratçılara dəstək göstərməsi, Şimali Osetiya və Abxaziyanı Gürcüstandan məsələləri səbəb olub : 

"Baxın, ABŞ Senatının qəbul etdiyi sənəddə sanksiyaların səbəbləri kimi yuxarıdakı işğal faktları göstərilir. Amma Dağlıq Qarabağ işğalından söhbət belə getmir. Sanki Qərb bu məsələdə Rusiyanı dəstəkləyir. Münaqişə ocaqlarının hamısının adı çəkilir, yalnız Qarabağdan başqa ".

ABŞ-ın Şima Koreya və İrana sanksiya tətbiq edəcəyini bəyan edən politoloqun sözlərinə görə, həmin ölkələrə qarşı ona görə cəza tədbirləri görülür ki, onlar nüvə proqramını inkişaf etdirirlər:

" Amma ABŞ nə İrana, nə də Şimali Koreyaya bunu qadağan edə bilər. Sanksiya tətbiq ediləcək ölkələr sırasında Kuba və Venesuela da var. ABŞ dövlət departametinin göstərişlərinə əməl etməyən ölkələrə qarşı Vaşinqton sanksiya tətbiq edir".

Trampla Putin arasındakı münasibətələrə toxunan Z.Əlizadə bəyan edib ki, bu sanksiyaların əsas məqsədi Trampı devirməkdir: 

" ABŞ-ın hakim zümrəsində hakimiyyət uğurunda mübarizə şiddətlənib. Trampı devirmək istəyirlər. Tramp namizəd olduğu vaxt demişdi ki, Rusiya ilə isti münasibətlər qurmağa hazırdır. Amma indi görürük ki,Trampa bu siyasətini həyata keçirməyə imkan verilmir. Artıq belə təxminlər var ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar 10 illərlə davam edəcək"

Supergüclər arasındakı gərginliyin Azərbaycana təsirlərinə gəlincə, Z.Əlizadə qeyd edib ki, bunun ölkəmizə mənfi təsirlərinin olacağını düşünmür:

"Azərbaycan bu siyasətin iştirakçısı deyil. Düzdü, iqtisadiyyatımız neftən asıldır və bunun bizə mənfi təsirləri ola bilər. Amma bunlar həlledici təsirlər olmayacaq. Azərbaycan onların təsirlərindən qoruna bilir"

Ayyət ƏHMƏD