Ermənistan baş naziri avqustun 17-də mitinq təyin edib. O mitinqə çoxsaylı tərəfdarını cəlb etməklə rəsmi Moskvaya gücünü göstərmək istəyir.
“Saakaşvili Paşinyanı xəbərdar edib” - ŞƏRH
16:28 11.08.2018
Arxiv
804
"Mixail Saakaşvili haqlıdır, rəsmi Moskva Nikol Paşinyanın siyasətini bəyənmir”.
Bunu "Sherg.az”a Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin "Rusiya Nikol Paşinyana qarşı payızda böyük etirazlar təşkil edəcək” fikirlərinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu söyləyib.
O qeyd edib ki, Rusiya erməni baş nazirin addımlarından narahatdır:
"Mümkündür ki, Krem N.Paşinyanın mövqelərinin zəifləməsində maraqlı olsun. N. Paşinyan hakimiyyətini gücləndirmək üçün "Qarabağ klanı”nı zəiflətməyə çalışır. İki mühüm liderdən biri – Robert Koçaryan həbs olunub. Serj Sarkisyanı isə sələfinin aqibəti gözləyir. Onlar azadlıqda olarkən Rusiyanın əli ilə N.Paşinyanı devirə bilərlər.
Ermənistan baş naziri avqustun 17-də mitinq təyin edib. O mitinqə çoxsaylı tərəfdarını cəlb etməklə rəsmi Moskvaya gücünü göstərmək istəyir.Hesab edirəm ki, qış ayları yaxınlaşdıqca, müəyyən problemlər ortaya çıxacaq və Ermənistan əhalisinin narazılığı artacaq. Həm "Qarabağ klanı”, həm də Rusiya bundan istifadə edə bilər. Mixail Saakaşvili öncədən N.Paşinyanı xəbərdar edib”.
Qeyd edək ki, M. Saakaşvilinin sözlərinə görə, Ermənistanda hazırda tam nəzarət yoxdur. Eks-prezident hesab edir ki, təkcə hərbi nəzarət və Rusiya təbliğatı xalqın iradəsini dayandırmaq gücündə deyil:
"Putin Paşinyanı rahat buraxan deyil. Məncə, payızda Paşinyana qarşı etiraz dalğası qaldırılacaq. Paşinyan hər vasitə ilə çalışır ki, Putini razı salsın. Putini isə heç cür razı salmaq mümkün deyil. Putin görmədi ki, ayağa qalxan qərbyönlü, ingilisdilli gənclərdir? Üstəlik, hazırda Ermənistanda rus ordusu ilə bağlı böyük qıcıqlanmalar da mövcuddur. Bu ordu Ermənistanda özünü işğalçı kimi aparır və bu da insanları qıcıqlandırır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq