Saakaşvilini məhkəməyə apardılar: Pulu Yanukoviç verirmiş?




Bir qədər əvvəl Mixail Saakaşvili Kiyev şəhər Peçorsk rayon məhkəməsinə aparılıb. 

Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, bir azdan məhkəmə onun haqda qərara çıxarmalıdır.
O, cinayətkar dəstə yaratmaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur.

İttiham aktında o da deyilir ki, Saakaşvilinin Kiyevdə keçirdiyi aksiyaları eks-prezident Viktor Yanukoviç və ona yaxan olan iş adamı Kurçenko tərəfindən maliyyələşdirilib.