Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir
13:21 27.11.2016
Arxiv
455
Mixail Saakaşvili və onun bir neçə yüz tərəfdarı Kiyevin mərkəzində, Vyaçeslav Çernovolun abidəsi yaxınlığında aksiya keçirir.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, "Hazırkı Radanın son qışı!” şüarı ilə keçirilən aksiyada keçirilən aksiyada Ukraynada yeni Seçki Məcəlləsi əsasında, yeni tərkibdə Mərkəzi Seçki Komissiyası vasitəsi ilə təcili növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb edilir.
Aksiyaçılar deputat toxunulmazlığının da ləğv edilməsini istəyirlər. M. Saakaşvili aksiyada çıxışında deyib ki, Ukraynanı böyük dövlətə çevirməyin yolunu bilir və birlikdə bu arzunu həyata keçirəcəklər: "Biz qalib gələcəyik və Ukraynanın zənginliklərini və ölkənin potensialına inamı xalqa qaytaracağıq. Biz tək yeni siyasi qüvvə yox, həm də yeni siyasi sinif yaradacağıq”.
Qeyd edək ki, Ukraynanın sabiq prezidenti M. Saakaşvili noyabrın əvvəlində bu ilin mayında təyin edildiyi Odessa qubernatoru vəzifəsindən istefa verib. M. Saakaşvili Ukrayna prezidenti də daxil olmaqla, ölkə rəhbərliyini korrupsiyada, şəxsi mənfəətlər güdməkdə ittiham edib. Qanunverici orqan olan Ali Radaya yeni seçkilərin keçirilməsi və hökumətin dəyişməsini qarşıya məqsəd qoyan M. Saakaşvili yeni siyasi hərəkat yaratdığını da bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya