Sabiq nazir ABŞ-İran gərginliyindən danışdı: "Vəziyyət olduqca təhlükəlidir"
13:06 21.05.2019
Arxiv
606
"İran körfəzində münasibətlərin pisləşməsi təkcə ABŞ və İranla yox, Amerikanın tərəfdarları olan digər ölkələrlə də bağlıdır”. Bunu "Sherg.az”a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq XİN rəhbəri bildirib ki, indiki situasiyada vəziyyət olduqca təhlükəlidir:
"Körfəz ölkələrinin müdafiəsinin və təhlükəsizliyinin təminatı ABŞ-dır. Ona görə də həmin dövlətlərə qarşı hansısa əməliyyatlar bu və ya digər şəkildə Amerikanın sərt cavabını zəruri edəcək. Hazırda İran körfəzində müəyyən hadisələr baş verməkdə, tankerlərə qarşı təxribatlar törədilməkdədir. Düzdür, obyektlər və tankerlər birbaşa ABŞ-a məxsus deyil, ancaq onun tərəfdarlarına aiddir. Ona görə də vəziyyət gərgindir”.
T.Zülfüqarovun sözlərinə görə, əgər gələcək əməliyyatların Körfəzdə baş verəcəyini nəzərə alsaq, İran üçün də hərbi baxımdan əlverişli imkanların mövcud olduğunu deyə bilərik:
"Təəssüflər olsun ki, hadisələrin gedişi çox gərgin müstəvidə irəliləyir. Tərəflər arasında hansısa hərbi toqquşma və hərbi zərbələr ilk növbədə iqtisadi və mülki obyektlərə ziyan vuracaq. Təbii ki, cənub qonşumuz İrana qarşı başlayacaq hərbi təzyiqlər müəyyən formalarda Azərbaycana da mənfi təsirlərini göstərəcək. Bunu istisna etmirəm”.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında gərginlik pik nöqtəyə çatıb. Xüsusən, prezident Donald Trampın "İran savaş istəyirsə, bu onların sonu olar. ABŞ-ı əsla təhdid etməsinlər” mesajından sonra iki ölkə arasında təzyiq yenidən yüksəlib. Tərəflər arasında artan gərginliklə bağlı davamlı təhrikedici şərhlər gəlməkdədir. Dünyanın nəfəsini tutaraq izlədiyi gərginlikdə sanki savaşın ayaq səsləri eşidilir. İran Atom Enerji Təşkilatı zənginləşdirilmiş uran istehsalını dörd dəfə artırdığını bildirib. ABŞ prezidenti Donald Tramp da ictimai mediada İrana istiqamətli sərt açıqlamalarına ara vermir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya