Sabitliyin qarantı iki dövlətdir
06:12 15.09.2018
Arxiv
637
Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bölgədə təhlükəsizliyə xidmət edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq sənədi müzakirə edilib.
Komitə sədri Səməd Seyidov bildirib ki, bu protokol Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. İclasda həmçinin, "Azərbaycan-Türkiyə arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri" haqqında sazişin təsdiq edilməsi də müzakirəyə çıxarılıb. Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib. Qardaş ölkə ilə hərbi əməkdaşlıq məsələsi mütəmadi olaraq gündəmə gələn və olduqca zəruri sayılan bir mövzudur. Məsələyə münasibət bildirən əksər ekspertlər də Türkiyə ilə hərbi müttəfiqliyi ən üst səviyyəyə çıxarmağın vaxtının çatdığını vurğulayırlar.
Politoloq Elçin Mirzəbəyli də "Şərq"ə açıqlamasında bildirib ki, indiki regional şərait Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsinə imkan verir:
"Əvvəllər bu əməkdaşlığa mane olan bir sıra faktorlar önə çəkilirdi. Məsələn, Türkiyənin NATO üzvü olması əsas gətirilirdi. Lakin bu gün Türkiyənin yeritdiyi siyasət kontekstində NATO üzvü olmaq Ankaranın digər dövlətlərlə hərbi əməkdaşlığına mane olmur. Hazırda bildiyiniz kimi, Türkiyənin Qətər dövlətində hərbi bazası var və Rusiyadan "S 400" raket kompleksləri alır. Bu baxımdan düşünürəm ki, Azərbaycanla qarşılıqlı hərbi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hərbi yardım haqqında sənədin imzalanması ikitərəfli əlaqələrə böyük töhfə verəcək. Türkiyə və Azərbaycan regionda sabitliyin qarantı olan dövlətlərdir və bu iki dövlətin hərbi əməkdaşlığı bölgədə təhlükəsizliyə xidmət edəcək".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol